Yeni WordPress Saytı

“Moymed” klinikasının baş həkimi “Xarı Bülbül” diplomu ilə təltif olunub

Nərminə Abbasova: “Şəhid və qazi ailələrinə göstərilən xidmətlər isə bizim mənəvi xəzinəmizdir"

Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov tərəfindən hər zaman ehtiyacı olanlara, şəhid və qazi ailələrinin yanında olaraq, vətənpərvər xanım, həmçinin “Moymed” klinikasının baş həkimi, teapevt Nərminə Abbasovaya Qafqaz Media İctimai Birliyinin “Xarı Bülbül” diplomu təqdim olunub. Nərminə Abbasova ilk öncə Ədhəm Məmmədova xüsusi minnətdarlığını bildirib. Daha sonra Nərminə xanim bu dövlətin həkimi olmaqla yanaşı, qızı, anası, bacısı olaraq gördüyü işləri vətəndaşlıq borcu olaraq vurğulayıb. “Təkcə 44 günlük Vətən müharibəsi dönəmində deyil, bundan öncə də şəhid və qazi ailələrinə diqqət və qayğı göstərmişik”. Bunu Vetenqehremanlari.az-a açıqlamasında Nərminə Abbasova  bildirib.

O əlavə edib ki, 1992-ci ildən bəri Azərbaycan bir sıra müharibələr aparmışdı: “44 günlük Vətən müharibəsinin zəfəri isə başda Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət və Rəşadətli ordumuzun göstərdiyi şücaət hesabına əldə edildi. Bu müharibə dönəmində ordumuzla bərabər çiyin-çiyinə döyüşən həkimlərimiz də oldu. İtkilərimiz arasında həkimlərimizi də qeyd edə bilərəm. Mən onlarla həm həkim kimi, həm vətən oğulları kimi fəxr edirəm”. O bildirdi ki, şəhid və qazi ailələri ilə qarşılaşan zaman çox mənəvi sarsıntılar keçirir: “Özümü hər mənada, hər şəkildə borclu hesab etmişəm. Hər zaman özlüyümdə bir sual düşündürüdü. Mən nə edə bilərəm? Necə kömək edə bilərəm? Həm öz üzərimə düşən, həm “Moymed” klinikasının həkim kollektivi üzərimizə düşən öhdəlikləri layiqli şəkildə həyata keçirməyə çalışmışıq. Bəzən xidmətlərmizlə təsadüfən qarşılaşsam da, çox qürur, fərəh hissi duyuram. Çünki göstərdiyimiz xidmətlər yaddaşlarda qalıbsa bu bizim ən böyük uğurumuzdur. Şəhid və qazi ailələrinə göstərilən xidmətlər isə bizim mənəvi xəzinəmizdir”.

Nərminə xanım həkimlik peşəsini dərindən sevdiyinə görə bir terapevt nöqteyi nəzərindən bugünki gündə xüsüsən, fizoterapiya sahəsində yaranmış bir sıra problemlər və onların aradan qaldırılması barədə fikir və tövsiyələrini bildirdi.

Nərminə xanımın sözlərinə görə, terapevt sahəsi məsuliyyət tələb edən bir sahə olaraq, özünəməxsus çətinlikləri var: “Xəstəliyin yaranma səbəbləri araşdırıldıqdan sonra diaqnoz qoyulmalıdı. Terapevtlərin yalnış diaqnozları agırlaşmış xəstəliklərlə nəticələnə bilər. Fizoterapiya sahəsinə gəldikdə isə illər öncə fizoterapiya müalicəsi bir o qədər əhəmiyyət kəsb etmirdi.İ nsanlar belə bir müalicə effektinin olduğunu dəyərləndirmirdilər. Hər kəs istiqamətlənə bilmirdi. Bugünki gündə Azərbaycan Fizoterapiya sahəsi üzrə 5-ci  yerdədir. Bizim isə Fizoterapiya Reabiltasiya mərkəzini açmaqda məqsədimiz ondan ibarətdir ki, xroniki, kəskin xəstəliklərin (xüsusən-oynaq) xəstəliklərinin əməliyyatsız fizoterapiya üsulu ilə qarşını alaraq, geri dönüşünü edək. Digər klinikalardan fərqli olaraq, üstünlüyümüz ondan ibarətdir ki, heç bir passientə birbaşa fizoterapiya proseduru təyin etmirik. Çünki fizoterapiya biz düşündüyümüz qədər yüngül sahə deyil. Aparılan laboratoriya müayinələri ilə birlikdə həmin xəstələrin müalicəsini tətbiq edirik.Müayinələr vasitəsi ilə əldə olunan nəticələr bugünki, gündə bir çox əməliyyatların, xroniki, xəstəliklərin qarşısını ala bilirik. Baş həkim olaraq klinikanın nəzdində keçirilən prosedur və həkim kollektivinə diqqət və nəzarətim güclüdür”.

Əlavə olaraq Nərminə xanım Hərəkət -dayaq sistemi xəstəlikləri ilə bağlı düzgün mütəxəssis seçməyi, xüsüsən terapevt həkimlərə müraciət etməyi, eyni zamanda yaşayış tərzinə diqqət yetirməyi tövsiyə etdi. Onun sözlərinə görə, bəzən yüngül xəstəliklərin (qrip, soyuqdəymə) belə, sonradan agırlaşmış xəstəliklər ilə nəticələndiyini görə bilərik.

Gülnar Ələsgərova