Yeni WordPress Saytı

Minskdə Zəfər Gününə həsr olunmuş bayaram konserti keçirilib

Belarusun Minsk şəhərində Azərbaycan Respublikasının Vətən müharibəsində Zəfər Gününün birinci ildönümünə həsr olunmuş konsert keçirilib. Bayram konserti Belarus-Azərbaycan İcmaları Konqresinin Gənclər şöbəsi tərəfindən təşkil olunub.

Konsertdə 150-dən çox qonaq iştirak edib. Qonaqlar həm Belarus, həm də Azərbaycan estradasının artistlərinin çıxışından zövq alıblar.

Konsert “Azərbaycan” vokal-xoreoqrafiya kompozisiyası ilə başlayıb. Sonra Azərbaycan Respublikasının və Belarus Respublikasının dövlət himnləri səslənib.

 

Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov konserti təbriklə açaraq hər kəsi salamlayıb. Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirinin müşaviri və Türkiyə Respublikasının Belarus Respublikasındakı səfirinin müşaviri təbrik nitqi ilə çıxış edib.

Proyektorda respublikanın Xalq artisti, pianoçu Murad Hüseynovun 44 günlük Vətən müharibəsində həlak olmuş mərd Azərbaycan əsgərlərinin, Vətənin əsl övladlarının xatirəsinə “İthaf” videoçarxı təqdim olunub. Videoçarxın yayımı zamanı müəllifi Natiq Bağırovun şeiri də təqdim olunub. Daha sonra bütün qonaqlar və artistlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqlar “Sarı gəlin” Azərbaycan mahnı və rəqs ansamblının üzvləri: Lamiya Albabayevə, Aleksandra Kazımova, Bəhram Quliyev, Diana Sultalıyevanın ifalarında milli rəqsləmizə zövqlə tamaşa ediblər. Belarus estradasının artistləri Vladimir Ovçuk, Ruslan Berezovski, müğənni Mişel, folk-bend Neruş Azərbaycana öz təbriklərini çatdırıblar. Bayram konsertində müğənni Rilaya Hüseynzadənin ifası qonaqlar tərəfindən böyük çoşğu ilə qarşılanıb.

Bayram konserti Belarus-Azərbaycan İcmaları Konqresinin Gənclər şöbəsinin üzvlərinə və təşkilatçılara diplomların təqdim edilməsi ilə başa çatıb.