Yeni WordPress Saytı

Milli Qəhrəman Əsəd Əsədov anılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsədov Əsəd Soltan oğlunun şəhid olmasından artıq 30 il ötür. Əsəd Əsədov 1991-ci ildə erməni işğalçılarının torpaqlarımıza təcavüzü zamanı mübarizəyə qoşulur.Təcrübəli təyyarəçi kimi dəfələrlə döyüşçü bölgələrinə uçuşlar edərək, düşmənə layiqli cavab verir. 29 oktyabr 1991-ci il də Əsəd 9 nəfər döyüşü ilə səmayə qalxır. Xocalı aeroportuna köməyə can atan cəsur döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutulur. Uçuş zamanı heyət uzvləri ilə birlikdə həlak olur. Ölümundən sonra 1996-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

Oktyabrın 29-unda Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən Milli Qəhrəman Əsəd Əsədovun anım gününə həsr olunan tədbir təşkil edildi. Tədbir dövlət himni ilə başlanıldı.Tədbiri Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndəsi Fəranə Alıyeva açdı. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə Milli Qəhrəmanın ailə uzvləri, qazilər, ictimai birlik rəhbərləri, şəhid qızı Nərminə Şabanqızı iştirak etdilər. Tədbir iştirakçıları Milli Qəhrəmanın həyat yolu, şücaətli döyş yolundan danışaraq fikirlər bildirdilər. Həmçinin, 44 günlük Vətən müharibəsinin qələbəsini qeyd edərək, Milli Qəhrəman Əsəd Əsədovun dəfn olunduğu Zəngilan rayonunun işgaldan azad olunmasını həyat yoldaşı Sevil xanım, xüsusən, qürur hissi ilə bildirirdi. Daha sonra, tədbirdə iştirak edən qazilərə, şəhid ailələrinə “Xarı Bülbül” medalı və diplomları təqdim olundu.

Tədbirin sonunda Milli Qəhrəmanın həyat yoldaşı Sevil xanım, təşkilatçılığa görə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarnı Tanitma İctimai Birliyinin rəhbərliyinə, o cümlədən bütün iştirakçılara xüsusi minnətdarlığını bildirdi.