Yeni WordPress Saytı

Krasnoyarskda diaspor rəhbəri kimsəsiz uşaqları ziyarət edib

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşlarımız ənənəvi Nar bayramı çərçivəsində xeyriyyə tədbirləri də keçirirlər. Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov nar bayramı çərçivəsində “Rostok” sosial reabilitasiya mərkəzində kimsəsiz uşaqları ziyarət edib. Taleh Mahmudov uşaqlarla görüşdə çıxış edərək Nar bayramının əhəmiyyətindən danışıb. Sonda Taleh Mahmudov uşaqlara hədiyyələr təqdim edib.

 

Xatırladaq ki, Taleh Mahmudov mütəmadi olaraq “Rostok” sosial reabilitasiya mərkəzinin uşaqlarına maddi və mənəvi dəstək göstərir.