Yeni WordPress Saytı

Müəllimlərə ictimai fəal məktəb modeli mövzusunda təlimlər keçiriləcək

Xəbər verildiyi kimi, sentyabr ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” V Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi Bakı şəhər Binəqədi rayonu  83 №-li məktəb-lisey tərəfindən icra olunur.

Layihənin PR xidmətindən “Azerforum.com”a məlumat verilib ki, artıq layihənin “Facebook” səhifəsi (https://www.facebook.com/%C4%B0ctimai-f%C9%99al-m%C9%99kt%C9%99b-modelinin-formala%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-layih%C9%99si-109077914859635/) və xüsusi qeydiyyat linki yaradılıb. Və qeydiyyat linki vasitəsi ilə Bakı məktəblərindən olan 300-dən artıq müəllim qeydiyyatdan keçmişdir. Artıq ilkin texniki seleksiya prosesi aparılıb və yaxın vaxtlarda onların seçimi də aparılacaq. İctimai fəal məktəb modeli mövzusunda təlim materialları hazırlanıb, eyni zamanda beynəlxalq təcübəyə əsaslanan ictimai məktəb modelinə aid kitabca hazırlanıb. Təlimə qədər kitabcada nəşr olunacaq. Bu kitabça təlim zamanı müəllimlərə və onlar vasitəsi ilə digər həmkarlarına da paylanılacaq. Müxtəlif materialların hazırlanması ilə yanaşı, beynəlxalq təcrübələrin öyrənilməsinə də başlanıb. Qeyd edək ki, Azərbaycanda indiyə qədər belə bir fəaliyyət olmadığına görə başqa ölkələrdəki ictimai fəal məktəb modeli ilə bağlı təcrübəsi araşdırılıb. Onun əsasında Azərbaycana uyğun təkliflər hazırlanıb. Gələcəkdə bu şəbəkəni daha da genişləndirmək üçün noyabr ayında Bakı şəhərində seçilmiş bu 3 məktəb üzrə hər birində 3-4 gün müddətində təlimlər keçiriləcək. Hər bir təlimlərdə də 30-40 müəllimin iştirakı gözlənilir. Təlimlərdə həm onların bilik və bacarıqlarının artırılması, həm də qiymətləndirilməsi aparılacaq. Eyni zamanda onların bu istiqamətdə gələcək fəaliyyətlərinin davamlılığı nəzərə alınacaq. Bu istiqamətdə əsasən lahiyənin növbəti mərhələlərində iş davam etdiriləcək.
Xatırladaq ki, 5 ay müddətində icra olunacaq layihənin əsas məqsədi ənənəvi idarəçilikdən fərqli olaraq ümumtəhsil məktəbinin demokratikləşməsini, məktəb və cəmiyyətin tərəfdaşlığının inkişaf etdirilməsini, könüllülük fəaliyyətinin genişlənməsini, müəllim və şagirdlərin ictimai fəallığını, liderlik qabiliyyətini inkişaf etdirməklə orta məktəblərdə sosial iştirakçılığı yüksəltməkdir.
Layihənin digər məqsədi pilot olaraq Binəqədi rayonu 83 nömrəli məktəb-lisey və 2 digər orta məktəbin bazasında Bakı şəhərində 3 “İctimai fəal məktəb” modeli formalaşdırmaqla bu təhsil müəssisələrinin yerli sosial və icma problemlərin həllində aktiv iştirakını artırmaq və gələcəkdə ölkə üzrə bu tipli məktəblər şəbəkəsinin qurulması üçün fundamental baza yaratmaqdır.