Yeni WordPress Saytı

Krasnoyarskda qalib idmançılar mükafatlandırılıb

Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının sədri Taleh Mahmudov Rusiyanın ağır atletika üzrə Olimpiya Ehtiyatları məktəbinin idmançılarını təbrik edib. Xatırladaq ki, Səudiyyə Ərəbistanında 17 yaşadək gənclər və qızlar arasında keçirilən dünya birinciliyində Oleq Prokopyev və Finlandiyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində Elizabet Jatkin qalib olublar.

Taleh Mahmudov bu idmançılarla “Lokomotiv” idman kompleksinin ağır atletika zalında məşq edərkən görüşüb təbrik edib, həmçinin onlara şəxsən öz adından pul mükafatı təqdim edib.

“Hər iki idmançını əldə etdikləri qələbə münasibətilə qürur hissi ilə təbrik etdim. Sizlərə möhkəm xarakter və gələcəkdə yeni-yeni qələbələr arzulayıram”,-deyə Taleh Mahmudov özünün “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, Taleh Mahmudov Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkilidir.