Yeni WordPress Saytı

Polşada Anım günü ilə əlaqədar “Biz” filminin təqdimatı olub

Fərid Cəfərli: "Filmin nümayişi zamanı tədbir iştirakçıları göz yaşlarını saxlaya bilmirdilər"

27 Sentyabr Anım günü ilə əlaqədar olaraq Polşanın Varşava şəhərində “Biz” filminin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin əməkdaşları, hərbçilərimiz, diaspor nümayəndələri, Polşada yaşayan soydaşlarımız, müxtəlif ölkələrin səfirlik əməkdaşları, media nümayəndələri iştirak edib.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli bildirib ki, filmin nümayişi zamanı tədbir iştirakçıları göz yaşlarını saxlaya bilmirdilər: “Qürur, fəxarət və kədəri eyni anda yaşamaq, bunu ancaq o hissləri keçirən anlaya bilər. Bizə xaricdə bu hissləri yaşadanlara ömür boyu borcluyuq”.