Yeni WordPress Saytı

Yunanıstanın Saloniki şəhərində anım tədbiri keçirilib

44 günlük II Qarabağ müharibəsi qüdrətli dövlətimizin və dövlət başçısının fəaliyyətinin tarixi əhəmiyyətini ortaya qoyan ən mühüm hadisələrdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində anım tədbiri keçirildi. Tədbiri Cəmiyyətin Sədri Rəşid Məmmədov açaraq, I və II Qarabağ müharibələrində xalqımızın şücaətli mübarizəsi və Ali Baş Komandanın əzmkarlığı və liderliyinin nəticəsi kimi bu gün Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpasının ölkə xaricində yaşayan həmvətənlərimizdə necə fərəh, qürur hissi yaratdığını vurğuladı. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı və anım gününə həsr olunmuş qısa film təqdim edildi. Tədbirin qonaqları sırasında Türkiyə Cümhuriyyətinin Saloniki şəhərindəki başkonsolosu cənab Efe Ceylan bəy, ardınca da cəmiyyətin üzvləri- Yaqub Məmmədov və digərləri çıxış edərək müharibə qəhrəmanlarını andılar.
Allah vətən yolunda canını fəda etmiş əbədi qəhrəmanlarımıza rəhmət eləsin və Azərbaycan xalqının həmrəyliyini daimi etsin!