Yeni WordPress Saytı

Ukrayna Azərbaycanlıları Radasında Anım Günü qeyd olunub

27 sentyabr 2020-ci ildə başlanan 44 günlük zəfər yürüşünün ildönümü münasibətilə Ukrayna Azərbayacanlıları Radasında fotosərgi təşkil olunub. Sərgidə azad olunmuş vətən tortaqlarında mənfur düşmənlərimizin törətdiyi vandalizm əməllərini əks etdirən fotolar nümayiş olunur.

Ukrayna Azərbayacanlıları Radasından verilən məlumata görə, sərgi Azərbaycan dövlət himninin oxunması ilə başlayıb. Sonra Azərbaycan şəhidlərinin və Ukraynanın qəhrəman müdafiəçilərinin, kiborglarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan fotosərgidə Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeriy Viktoroviç, Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Vladimirovna, sədrin müavini Vyaçeslav Qorşkov, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, türkdilli ölkələrin diaspor rəhbərləri, ərəb ölkələrinin diaspor nümayəndələri, tanınmış siyasi analitiklər, media nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə qonaqları salamlayan UAR baş katibi Ceyhun Məmmədov Anım günü haqqında məlumat verib. «Bu gün Azərbaycanın müqəddəs və möhtəşəm Vətən Müharibəsinin, zəfərlə bitən II Qarabağ savaşının başlamasından bir il keçir! Bir il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatına cavab olaraq, Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsinə başladı. İşğal altında olan ərazilərin azad edilməsi ilə nəticələnən «Dəmir Yumruq» əməliyyatı Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Parlaq qələbə qazanan Azərbaycan artıq bölgədə öz reallığını diqtə edir’ deyən Məmmədov Ukrayna xalqına da yaxın bir zamanda qələbə sevinci yaşamağı arzulayıb.

Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi, ev sahibi Oleq Krapivin iştirakçılari salamlayaraq bildirib ki artıq Azərbaycan qalıb dövlət, Azərbaycan xalqı qalib xalqdır. «Azərbaycan qüdrətli dövlətdir və İlham Əliyev kimi güclü bir przeidenti, ali baş komandanı var. Məhz onun uzaqgörənliyi və siyasi bacarığı sayəsində Azərbaycan xalqı, Azərbaycanın dostları bir «Dəmir yumruq» kimi birləşdi. Bu birliyin gücü ilə torpaqlarımız azad olundu. Bu birliyinin sayəsində artıq Qarabağ Azərbaycandır» deyən Krapivin Ukraynadakı diasporun qələbə üçün çalışdığını bildirib. Yaşat fonduna, Diasporla İş üzrə Dövlət Komitəsinin dətəyi ilə başlanan Yaşat Marafonuna yüksək səviyyədə dəstək olduqlarını bildirən Krapivin şəhid ailələrinə və qazilərə dəstəyin davam edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Elmira xanım Axundova müharibə zamanı disaporun fəaliyyətinə və görülən işlərə görə Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivinə və Hikmət Cavadova təşəkkür edib. «Bu gün bizim şərəf günümüzdür. Azərbaycanın igid övladları Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçdilər və bu vəzifənin öhdəsindən ləyaqətlə gəldilər. 44 gün davam edən müharibə Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Sizə təqdim olunan fotoşəkil sərgisi müharibənin nə qədər dağıdıcı olduğunu, torpaqlarımıza nə qədər ziyan vurduğunu göstərmək məqsədi daşıyır.» deyən xanım səfir mənfur ermənilərin törətdikləri vandalizm aktlarına diqqət çəkib. Axundova Ermənilərin işğal ettiləri ərazilərdə olan 67 məsciddən 65-i tamamilə dağıdıldığını bildirib.

Sərgi iştirakçıları salamlayan Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeriy Kolyux hər zaman Azərbaycanın haqq mübarizəsinin yanında olduqlarını bildirib. «Müsəqillik dövründə Azərbaycan güclü dövlət və güclü ordu qura bildi. Biz çox sevnirik ki Azərbaycan 30 illik problemini həll elədi, torpaqları işğaldan azad olundu.» deyən deputat Qarabağda gedən yenidənqurma işlərinin qısa zamanda bitəcəyinə inandığını bildirib.

Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Boqdan dəvət üçün UAR rəhbərliyinə təşəkkür edib. «Biz fikirlərimizi və duyğularımızı paylaşıb, dəyərlərimizə hörmətlə yanaşmağı bacarmalıyıq. Bizi birləşdirən dəyərlərə dəyər verərək gələcəkdə buna bənzər faciələrin yaşanmasının qarşısını ala bilərik» deyə xidmət rəhbəri bildirib.

Ədəbiyat nümumələrimizi ukraynacaya tərcümə edən Ukraynali şair, yazıçı Sergey Qrabar Azərbaycanla olan dostluğundan bəhs edib. «Mən bir neçə dəfə Azərbaycanda, Bakıda olmuşam. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin vurğunuyam. 44 günlük müharibə zamanı biz hamımız «Dəmir Yumruqla» bir olduq və bir dost kimi sizin qələbənizə çox sevinirəm» deyən nasir Azərbaycana həsr elədiyi «Xəzri» hekayəsindən bir bölümü sərgi iştirakçılarına oxuyub. Şair iki Azərbaycan dilinə tərcümə olunmuş iki kitabını imzalayaraq UAR kitabxanasına hədiyyə edib.

Çıxışlardan sonra UAR baş katibi fotosərgini açıq elan edib.

Xatırladaq ki, fotosərgidə “Gənclər dünyası” İctimai Birliyinin sədri Nicat Mirzəyev də kollektivlə birgə iştirak edib.

Müharibənin dəhşətini anlatmaq üçün sözü fotoşəkillərə verdiyini bildirən Məmmədov: «Fotoşəkillərə baxdıqda adama elə gəlir ki sanki Qarabağa atom bombası atılıb. Çünki dağıdılmış şəhərlər, məhv edilmiş tarixi-dini abidələrin qalıqları 1945-ci ilin Xirosimasını bizə xatırladır. Amma ermənilər buraya atom bombasını atmayıblar, bu onlarda yox idi, olsaydı yəqin atardılar. Onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar, tarixə qarşı suç işləyıblər. Ermənilərin bu cinayətlərinin cəzasını beynəlxalq məhkəmələr verəcək. Azərbaycan ədaləti tam bərqərar edəcək» deyib.

Vetenqehremanlari.az