Yeni WordPress Saytı

Tennis İdman Kompleksində “Zəfər kuboku” turniri keçirilib

25, 26, 27 sentyabr 2021-ci il tarixlərində Tennis İdman Kompleksində həvəskar tenisçilər arasında II Qarabağ müharibəsi şəhidi gizir İslamov Elvinin xatirəsinə həsr olunmuş “Zəfər kuboku” turniri keçirilib.
Turnir 25 sentyabrda Azərbaycan Respubıikası dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
TİK-in direktoru Əhməd Abbasbəyli çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən, turnirin əhəmiyyətindən danışıb.
Daha sonra Gənclər və İdman Nazirliyinin, Nərimanov RİH-in, Azərbaycan Tenis Federasiyasının rəsmiləri, eləcə də şəhidin valideyni, veteranlar və tanınmış idmançılar çıxış edərək turnirin keçirilməsini vətənpərvərliyin təbliği, şəhidlərimizin tanıtımı baxımdan yüksək qiymətləndiriblər.
Turnir sentyabrın 27-dı başa çatmışdır. Yarışın qalibləri kubok, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatı şəhidin atası Elçin İslamov təqdim edib.

 

Vetenqehremanlari.az