Yeni WordPress Saytı

Hər birimiz üçün müqəddəs anım günü

 

Azərbaycan nələr çəkmiş başın sənin, nə qədimdir yaşın sənin. Qarabağ kimi gözəl dilbər güşən, Şuşa kimi alınmaz bir qalan var. Bir hissən Təbriz, bir hissən İrəvandır. Tarix boyu parçalanıb iki yerə ayrılmısan. Əsarətlər altında qalıb tapdalanmısan. Amma yeni tarix yazmağınla bütün dünyaya səs saldın. Bütün dünya sənin şanlı qələbəndən bəhs edir. Qarabağ Azərbaycandır! şüarını qəbul edir və anlayır ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır. BU torpaq 30 ildir ki, düşmənin əsarəti altında idi. Hər şey 1988 – ci ildə başladı. 1988 – ci il 13 fevralda ermənilər Xankəndidə Vilayət partiya komitəsinin binası qarşısında ilk mitinqi keçirirlər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə “Krunk” terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edir. 1988-ci il 19 fevralda İrəvanda anti-türk mövqeli mitinq keçirilir. Mitinqdə “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır” tələbləri irəli sürülür. 1988-ci il 19 fevralda Bakıda “Qarabağ bizimdir!” şüarları ilə ilk yürüş keçirilir. 988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. İndi məlum oldu ki, Dağlıq Qarabağda yaşayan bəzi içtimai xadimlər, alimlər özlərini Erməni xalqina əziz göstırmək üçün DQMV – nin Azərbaycandan Ermənistana verilməsi danışıqları aparılırdı. Sonralar Ermənistanın birinci prezidenti olmuş Robert Koçeryanın dediyi kimi adi şey sanmışdılar. “Biz elə bilirdik ki, buna gədər də Sovet İttifaqında biz neçə dəfə bəzi vilayətlər bir Respublikanın tərkibinə verilmiş və təzədən geri qaytarılmışdır.”
Deməli bu yolla DQMV-ni Ermənistana birləşdirmək, Ermənilərin fikirrincə çətin olmayacaqdır. Xüsusən də, nəzərə alsaq ki, 1988 – ci ildə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun ətrafında saysız hesabsız qədər Erməni müşavirləri və mütəxəssisləri işləyirdilər. Ancaq Azərbaycan Xalqı vaxtında bu məsələdə duyuq düşdü və Ermənilərin bu məkirli məqsədlərinin əleyhinə izdihamlı çıxışlar başladı. M. Qorbacov bu çıxışların Dövlət əleyhinə olduğunu guman edib 1990-cı ildə Bakıya qoşun yetirdi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet qoşunları Bakıya daxil olaraq qırğın törədirlər. Rəsmi məlumatlara görə 131 nəfər həlak olur, 800-dən artıq adam yaralanır.
Lakin bu hadisə Azərbaycan Xalqının əzimini fədakarlığını sındırmadı əksinə Azərbaycan Xalqı 1991 – ci ildə öz müstəqilliyini elan etdi və onun torpaqlarına xain gözlə baxan Erməni qəsibkarlarına qarşı müharibəyə qalxdı.
1994-cü ilə qədər Ermənilər və Azərbaycanlılar arasında qeyri bərabər döyüş getdi. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə 1-ci Qarabağ savaşı bitdi. Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandı. Keçən müddət ərzində Azərbaycan səbrlə Ermənistanla növbəti müharibəyə başladı çün ki, artıq Erməni rəhbərliyi Azərbaycan torpaqlarını qaytarmaq haqqında düşünmürdü, əksinə Azərbaycanın yeni – yeni torpaqlarını zəbt etmək barədə çəkinmədən bəyanatlar verirdilər. Tamamı ilə məsələ aydın idi ki, xüsusən yeni seçəlmiş Baş Nazir N. Paşinyanın timsalında Azərbaycanın yeni – yeni torpaqlarını işqal etmək niyyətindədilər. N. Paşinyanın Qarabağ Azərbaycandır! deməsi ilə nəticələndi. Və bundan sonra aydın idi ki, Dağlıq Qarabağ məsələsi gec – tez müharibə vasitəsi ilə həll olunacaq.
Müharibə əslində Ermənistan təhliki ilə başladı.
27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı.
4 oktyabrda “Cəbrayıl” azad edildikdən sonra Ermənistan ordusu cəbhənin cənub istiqamətində sonrakı döyüşlərin də gedişatına təsir edən uğursuz həmləyə, Azərbaycan ordusunun 2016-cı ilin aprelində azad etdiyi “Lələ təpə” yüksəkliyini geri almağa cəhd etdi. Əks-hücum cəhdi nəticəsində Ermənistan ordusunun bir tank polku darmadağın edilib, 800-dən çox hərbçisi məhv olunub (ümumilikdə yaralılarla birlikdə 1500-2000-ə qədər itki verildi) və həmin uğursuz əks-hücum cəhdindən sonra Ermənistan qüvvələri cəbhənin cənub istiqamətində salamat qalan texnikanı da atıb qaçmağa üz tutdular.
Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı əsasında 27 sentyabr 2020- ci il “ Vətən Müharibəsi” qəhrəmanlarının anım günü kimi qeyd olunma və onun əziz xatirəsinə tədbirlər və anım günləri keçirilməlidir. Dünən Xətai rayonu “ Rəssamlar qalereyasında” şəhidlərimizə həsr olunmuş anım günü keçirildi. Həmin anım günündə şəhidlərimizə həsr olunmuş sərgi nümayiş olundu. Şəhid ailələri ilə görüş keçirildi.

 

Nərminə Fətullayeva