Yeni WordPress Saytı

Dneprdə Anım Günü ilə bağlı mərasim təşkil edilib

Sentyabrın 27-də Ukraynanın Dnepr şəhərindəki məsciddə Vətən müharibəsi şəhidlərinin xatirəsinə anım mərasimi keçirilib. Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayət təşkilatı tərəfində təşkil edilən mərasimdə Dnepr və ətraf şəhərlərdəki soydaşlarımız, eləcədə də digər müsəlman xalqların nümayəndələri iştirak ediblər.

Dnepr şəhər müsəlman dini icmasının sədri Ramazan Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsində haqq və ədalət  uğurunda şəhid olan zabit və əgərlərimizi şərəflə anırlar: “Onlar xilaskar Azərbaycan ordusunun zabit və əsgərləri idi. Biz şəhid olan Azərbaycan övladları ilə qürur duyuruq”.

Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayət təşkilatının sədr müavini Şahlar Mirzəyev bildirib ki, İkinci Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan ordusu böyük şücaət göstərdi: “27 sentyabr bizim üçün qürur günüdür. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 30 il işğal altında qalan torpaqlarımızı düşməndən azad etdi. Bu döyüşlərdə 3000-ə yaxın soydaşımız şəhid olub. Biz də Dneprdə şəhidlərimizi anmaq üçün məscidə toplaşmışıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Mərasimdə şəhid olan soydaşlarımızın xatirəsi yad edilib. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib, namaz qılınıb. Sonda məsciddə şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

 

Vetenqehremanlari.az