Yeni WordPress Saytı

“Şəhid ailələri və qazilərə tam təmənnasız tibbi yardım edirik”

Nərminə Abbasova: “Vətən müharibəsi zamanı mən özüm də istəyirdim ki, əlimə silah alıb döyüşüm və ya cəbhə zonasında həkim kimi əsgər və zabitlərə kömək edim”

 Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin  Nərimanov rayon nümayəndəliyinin sədri  və “Vetenqehremanları.az” saytının təsisçisi Ədhəm Məmmədov  öz heyəti ilə MayoMed klinikasının rəhbəri və baş həkimi Nərminə Abbasova ilə görüşüb. Nərminə Abbasova Ədhəm Məmmədov tərəfindən “Xarı Bülbül” medalı ilə  təltif olunub. Görüş zamanı Ədhəm Məmmədov “Xarı Bülbül” medalı  və vəsiqəsini Nərminə Abbasovaya təqdim edib. Sonra Nərminə Abbasova “Vetenqehremanları.az” saytına müsahibə verib.

Nərminə xanımı, öncəliklə sizi “Xarı Bülbül” medalı ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Uğurlarınız bol olsun. 

Biz sizi kifayət qədər tanıyırıq. Amma oxucularımız sizi tanımır. Qısa da olsa özünüzü oxucularımıza təqdim etmənizi xahiş edirik.

–        Nərminə Abbasova, həkim-terapevt, ailə həkimi və qəlbi öz Vətəninə, millətinə bağlı olan bir xanım. Çox sağ olun ki, siz müsahibə üçün bura gəlmisiniz, mən buna görə sizə öz minnətdarlığımı bildirirəm. Mənim də borcumdur ki, Azərbaycanın vətandaşı, qızı, anası, bacısı və xanımı  kimi hansı ki, qardaşımız, atamız, oğullanlarımız, həyat yoldaşımız bunlar hamısı bizimdir.  Hansı ki, onlar bizim torpağlarımızı düşməndən azad etmək üçün öz canlarından və sağlamlıqlarından keçiblərsə, bizim də bir ana və bir qadın kimi borcumuzdur ki, onlara qayğı göstərək. Mən o borcda özümü başda hiss edirəm və çalışıram ki, milli o borcu ödəyim. Biz həkim kimi bütün insanların sağlamlığına qayğıyla yanaşmalıyıq. Amma öz sağlamlığından, ailəsindən, övladlarından keçən mərd öğullarımız üçün hər saniyə, hər an öz vətandaşlıq, insanlıq və həkimlik borcumuzu yerinə yetirməliyik. Mən onunla fəxr edirəm ki, siz burdasız və mənə bu müsahibəni vermək qismət olur. Bilirsiz, biz çox ağır günlər yaşadıq və hələ də sərhədlərimizdə atəşkəs pozulur, yenədə şəhidlər veririk, minalar partlayır, yenə də oğullar həlak olurlar. Adam onu demək istəmir. Amma hələ də o acıları yaşayırıq. Danışdığımız bu müsahibə hansısa bir xəstəlikdən deyil, müharibədən və onun fəsadlarındandır.

-Nərminə xanım, sizə belə bir sual verim. İbn Sina mütəfəkkir, alimimiz, yəni tibb eliminin banisi demişdir: “Həkimin əlləri təmiz, vicdanı səlist, qorxusu Allahdan olmalıdır”. İbn Sinanın bu sözləri ilə razısınızmı? Siz nə deyə bilərsiz bu haqda?

–        Çox gözəl və mənalı sualdır. Məncə, hər həkimin yadına bu sözləri salması üçün onun masasının üstünə yazılı şəkildə bu sözləri yazıb qoymaq kifayət edər. Əlbəttə ki, çox mənalı sözlərdir. Yəni bunun ikinci tərəfi yoxdur. Bunlar deyilmiş sözlərdir və  qanun kimi təsdiq olunmuşdur. Burda əlləri təmiz, yəni madiyyatdan söhbət gedir.Çünki əllər təmiz olmalıdır, yəni biz insanların sağlamlığını maddiyyatla ölçməli deyilik. Çünki o madiyyatı biz evimizə aparacağıq, onu biz xərcləyəcəyik onu biz vicdanımıza sarıyıb saxlaya bilərikmi? Xeyir, qazandığımız kimi həmin an itirə bilirik və itiririk də. Əl təmizliyimiz odur, o da çox vacibdir. Bizdə insanların taleyini ona bağlamamalıyıq. Vicdanımız səlist odur ki, biz işimizə vicdanla yanaşmalıyıq. Bilib bilmədiyimiz görüb görmədiyimiz şeylərə cummamalıyıq, yəni o xəstənin diaqnozunu bilib ona görə hərəkət etməliyik. Məsələn, temperaturu varsa, ona görə tədbir görməliyik. Vicdanımız səlistliyi odur ki, bildiyimizi etməliyik. Pulu yoxdursa da vicdanımızı susdurub bu insana yardım etməməliyik. Baxmayaraq ki, cəmiyyətdə özəl və dövlət klinikaları var, bizim adımız dəyişilməyib biz həkimik və öz işimizi layiqincə görməliyik. Allah qorxusu mütləqdir. Biz Allahdan qorxmasaq nə birinci, nə də ikinci hissələri qoruya bilmərik. Biz Allah qorxusunu hər saniyə düşünməliyik və qorxudan da betər biz Allaha həmin an xəstələrimiz üçün dua etməliyik. Bizim vicdanımız, nəfsimiz və Allaha olan sevgimiz duamızda birləşəcək. Mənə elə gəlir ki, İbn Sina bunu çox gözəl söyləyib.

-Sizə bir sual da verim. “Qorxu” demişkən mənə maraqlıdır, Nərminə xanım həyatda ən çox nədən qorxur?

–        Bu çox gözəl bir sualdır. Mən onu hər dəqiqə deyə bilərəm və hər şeyə şamil edə bilərəm. Həyatda yaxşı mənada gözəl nə varsa, yəni münasibət sağlamlıq, dostluq, yaxınlarım, uzağlarım heç tanımadığım bir kəsin sevgisini qazanmaq və onu itirmək. Bax mənim ən böyük qorxum odur. Başqa heç nədən heç bir insandan qorxmuram. Çün ki, mən dürüstəmsə o insan mənə nə edə bilər? Düzdür, Allaha hər zaman dua edirəm ki, qarşıma lazımsız insanları çıxarmasın. Hansı ki, o insanlarda Allah sevgisi və qorxusu yoxdur, mən o insanlardan qorxuram və hər zaman Allaha dua edirəm ki, o insanlardan məni uzaq tutsun.

Nərminə xanım suallara çox məntiqli və səbirlə cavab verirdi. O, hər suala cavab verəndə onun gözlərinə baxırdım ki, nə qədər səmimidir. Əslində, Nərminə xanımın zəkasını cavab verdiyi suallardan anladım.

 

-Nərminə xanım Hippokrat deyib ki, onun üçün həkim əyninə geydiyi ağ xalata görə deyil, gördüyü işə və etdiyi hərəkətə görə həkimdir. Hər bir peşənin öz geyimi var. Ağ xalatın mənası ağ mələklər deməkdir və bu da Allah tərəfindən yer üzünə göndərilmiş xüsusi insanlardır.

Nərminə xanım özünü o insanlardan hesab edirmi? Nərminə xanım nə qədər ağ mələkdir?

–        Birinci, ağ xalatın arxasında çox gözəl fikirlər durur: 1. Septika, antiseptika. Bu özü həm təmizlik, həm də sağlamlıq deməkdir.  Sağlamlığın rəmzidir. Biz “Ağ mələklər” desək belə, sağlamlığın rəmzi olaraq müayinə, müalicə baxımdan hər şey şəffaf olmalıdır. Biz onu geyinərkən özümüzdə çox böyük məsuliyyət hiss edirik. Siz içəri girəndə mənim əynimdə xalat yox idi. Niyə? Çünki namazımı yenicə qılıb qurtarmışdım, amma siz içəri girəndən sonra mən əynimə xalatımı geyindim. Mən klinikada heç bir zaman xalatsız gəzməmişəm. Çünki, onun altında öz həkimlik məsulliyyətimi hiss edirəm.

Özüm tək qalanda baxıram ki, insanların sağlamlığı mənim üçün hər şeydən öndə gəlir. Mən daima insanlara şəfa vermək, onların sağlamlığına qayğı göstərmək üçün əlimdən gələni edirəm və hər zaman da edəcəm.

 

Nərminə xanım, nə zamansa seçim qarşısında qalmısınızmı?

  • (Düşünür) Əlbəttə, olub.

 

-Nədə olub seçiminiz?

–        Siz onu həkimliklə deyə bilərsiniz ki, yəni həkimlik, ailə və ya başqa nəsə. Amma mənim ilk seçimim ailəm olub. Bilirsiz, insana hər şeydən öncə ailə lazımdır. İnsan hansı sahədə olursa-olsun istər həkim, istər müəllim, jurnalist ilk öncə ailəsini seçməlidir və ailəsi üçün faydalı olmalıdır. Mən klinikanı açmazdan öncə öz evimin həkimi idim. Yəni öz ailəmə, qohumlarıma həkimlik edirdim. Həkim bir adamında həkimi ola bilər milyonlarında həkim ola bilər.  Belə də çox güclü seçim qarşısında qala bilmirəm, qərarlarım qətidir.

 

-Bayaq dedim ki, “ Xarı Bülbül” medalını xeyriyyəçi həkim olaraq almısınız. H.Z. Tağıyevdən soruşurlar ki, sənin üçün xeyriyyə nədir? O, demişdir: “Mən bunu millətim üçün edirəm, amma sabah mən dar gününə düşəndə millət üzümə tüpürəcəksə, qoy tüpürsün. Əsas odur ki, etdiklərim tarixdə qalacaq”. Bəs yaxşı Nərminə xanım üçün xeyriyyə işi nədir? “Xeyriyyəçi” deyəndə Nərminə xanımın ağlına nə gəlir?

–        Çox gözəl sualdır. “Xeyriyyəçi” deyərkən  ümumiyyətlə orda madiyyatda və mənəviyyatda irəli durur. Əgər mənəviyyatın varsa onuda xeyriyyəçi kimi xərcləməlisən. O, sənin  daxilinin mənəviyyatının xeyriyyəçiliyidir. İnsan var ki, bir kəlimə sözü deməyə belə qıymır. Demək istəmir, əfsuslar olsun. Bəlkə onun etdiyi xeyriyyəçiliyə heç yaramayacaq onu bunu edir. Məncə, qəlbindəki yaxşı fikirləri ortaya çıxarsa o zaman o xeyriyyəçilik etmiş olar. Bəlkə elə bir an olur ki, mən heç bir madiyyata əl atmadan sözlərimlə xeyriyyəçilik edirəm. Bəlkədə madiyyat buraxa bilərəm amma elə bir söz deyərəm ki, o dediyim söz etdiyim xeyriyyəçiliyi yerə vura bilər. Ona görə də nə madiyyatın, nə də mənəviyyatın fərqini aramıram, sadəcə bacardığım qədər madiyyat və ən çox da mənəviyyatda xeyriyyəçiliyi görürəm.  İnanın ki, daima çalışıram ki, etdiyim xeyriyyəçilik heç yayımlanmasın. Amma insanlar etdiyim xeyriyyəçiliyi unutmurlar və özləri öz aralarında yayırlar. “Xarı Bülbül” medalını mənə layiq gördüyü üçün bu medalı təsis edənlərə, xüsusən Azərbaycan Rsepublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə öz minnətdarlığımı bildirirəm.

-Dediz ki, vətənpərvərsiz, Vətəni çox sevirsiz. “Vətən” deyiləndə ağlınııza ilk nə gəlir?

–        “Vətən” deyiləndə yenilməz, sarsılmaz, çox yüksəklərdə duran Azərbaycan və mənim daxilimdə olan bütün Vətənin övladlarına və insanlarına, hər qarış torpağına olan sevgidir. Bilmirəm, başqa nə deyim.

 

-Sizə işğaldan azad olunmuş hər hansı torpağımızda belə bir klinika açmaq təklif olunsa, onu Qarabağın hansı bölgəsində açmaq istərdiniz və o klinikanaya nə ad qoyardınız?

–        Qarabağın hər bir bölgəsində yaradardım və bölgəyə uyğun ad qoyardım. Siz mənə çox səmimi sual vermisiniz, mən də sizə səmimi cavab verəcəm. Mən özüm Qərbi Azərbaycandanam. Mən bilirəm ki, Azərbaycan torpaqları tarixən bölünüb, parçalanıb. Düzünü deyim ən böyük klinikanı da Qərbi Azərbaycanda Basarkeçərdə yaradardım və ona uyğunda ad qoyardım.

 

Əslində, Nərminə xanım bu suala cavab verdiyi zaman onun gözlərinə baxırdım. Gözlərində Qərbi Azərbaycan həsrəti, Basarkeçər həsrətini görürdüm. Çünki Nərminə xanım özü dediyi kimi Azərbaycanın qızıdır, anasıdır, bacısıdır. Bu sualı ona verməyə bilməzdim, çünki bəlkə özü də məndən bu sualı gözləyirdi.

 

-Nərminə xanım Vətən həsrəti sizin üçün nədir?

–        Vətən həsrəti mənim üçün çox ağırdır. Döğrusunu deyim ki, mən “Vətən” deyəndə Qərbi Azərbaycan üçün çox darıxıram, uşaqlığım orada keçib. Fikirləşirəm ki, oradan gözəl yer ola bilməz. Amma Azərbaycan torpaqları erməni işğalından azad olunduqca, televizorda nümayiş olunan zaman həsrətlə baxdıq. O torpaqları sanki bir anlıq gedib gəzib gəldik və baxdıqca gördük ki, necə gözəl bir Qarabağımız var. Vətən müharibəsi zamanı mən özüm də istəyirdim ki, əlimə silah alıb döyüşüm və ya cəbhə zonasında həkim kimi əsgər və zabitlərə kömək edim. Lakin elə kömək edə bilməsəm də indi öz missiyamı bu cür yerinə yetirirəm. Bununla da fəxr edirəm ki, şəhid ailələri və qazilər xidmət edirəm. Onların özlərinə və ailələrinə tam təmənnasız tibbi yardım edirəm.

 

-Nərminə xanım, ənənəvi son sualımı verim. Əsas hansı sualımızı bəyəndiniz?

–        Bütün ünvanladığınız suallar çox maraqlı idi.

 

Nərminə xanım, suallarımıza  səmimi cavab verdiyinizə görə sizə öz dərin minnətdarlığımızı bildiririk.

 

Vetenqehremanlari.az