Yeni WordPress Saytı

Minskdə keçirilən Şəhər Günü tədbirində Azərbaycan diasporu da iştirak edib

 

Sentyabrın 11-də Belarusun paytaxtı Minsk şəhərində Şəhər Günü bayaram mərasimi keçirlib. Tədbir Belarusda yaşayan müxtəlif millətlərin sərgi təşkil etdiyi Yuxarı Şəhərdə baş tutub. Mərasimdə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə diasporumuz da iştirak ediblər. Azərbaycan diasporunun nümayəndələri mədəniyyətimizi, milli geyimlərimizi, mətbəximizi yerli sakinlərə təqdim ediblər. Azərbaycanla bağlı sərgidə paxlava, şəkərbura, badambura, və digər ənənəvi şirniyyatlar, həmçinin milli atributlar, jurnallar, kitablar nümayiş olunub. Qonaqlar böyük sevinc və maraqla Azərbaycan sərgisini izləyib, milli mətbəx nümunələrindən dadıblar. Mərasim iştirakçıları Belarusdakı Azərbaycan diasporunun fəaliyyəti ilə maraqlanıblar. Yerli sakinlərə Azərbaycan-Belarus dostluğu, ölkələrimiz arasında iqtisadi-mədəni əlaqələr, bu ölkədə diaspormuzun fəaliyyəti haqqında məlumat verilib.
Qeyd edək ki, sərgi Minsk şəhərinin Mədəniyyət Naziri, qubernatoru və digər rəsmilərin də diqqətini çəkib.
Tədbir Azərbaycan diasporunun Belarusda fəaliyyət göstərən “Sarı gəlin” və “Odlar yurdu” ansambllarının çıxışı ilə yekunlaşıb.

Vetenqehremanlari.az