Yeni WordPress Saytı

Azərbaycan diasporu Leninoqorsk məktəbliləri üçün xeyriyyə aksiyası keçirib

Sentyabrın ilk günlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının rəhbəri Ramiz Məmmədov tərəfindən aztəminatlı, çoxuşaqlı ailələrin və valideyn himayəsindən məhrum, eləcə də əlillərdən ibarət olan 2-9-cu sinif şagirdləri üçün növbəti xeyriyyə aksiyası təşkil edilmişdir. Ənənəvi olaraq, tədris ilinin əvvəlində məktəb ləvazimatlarının tam siyahısı tutulur. Əlil və maddi rifahı aşağı olan uşaqların ailələri üçün bu ləvazimatları almaq problemdir. Leninqorsk Azərbaycan icmasının üzvləri növbəti dəfə kənarda qalmamış və ehtiyacı olan ailələrdən olan uşaqlara məktəb ləvazimatlarının alınması üçün pul sertifikatları təqdim etmişlər.
Qeyd edək ki, uzun illər Ramiz Məmmədovun rəhbərlik etdiyi “Birlik” Milli-Mədəni Muxtariyyəti ictimai  təşkilatı yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə, aztəminatlı və çoxuşaqlı ailələrə yardım etməklə xeyriyyəçilik fəaliyyəti göstərir. 2014-cü ildə Ramiz Məmmədova “2014-cü ilin xeyriyyəçisi” Respublika müsabiqəsinin diplomu təqdim edilib.

Vetenqehremanlari.az