Yeni WordPress Saytı

Uğur həyatın özüdür

 

İki sözü bir-birinə bağlayan vasitə nədir?Ümumiyyətlə, təzad nədir? Yaşadığımız həyatın nələr ilə təzadı var? Hər kəsin həyatda yanaşma tərzi,baxış bucağı, düşünmə aspekti müxtəlifdir.Kimisi həyatı neqativ,kimisi isə pozitiv düşünür.
Həyat nədir?
Həyat tanrının bizə bəxş etdiyi mənəvi zənginliklərlə dolu olan bir ömür yoludur.O ömür yolu ki,hər bir insanın həyatı izlərdən ibarət olan bir tarixdir.Həyat özünün içərisində yaşatdığı böyük bir dünyadır.O,dünya ki,natamamlıqlarla,sirrlərlə əhatələnər.Həyatın bir çox amillərlə təzadı var.O təzad ki, biz insanlarda öz əksini tapar.Təzadlığı musiqi alətinə bənzər.Yaşadığımız günlər də fortepiano kimi ağlı-qaralı,sevincli -kədərli günlərdən ibarət olar.Gözəl musiqi ifa etmək üçün isə hər iki dillərə toxunmaq gərək.Bəzən yaşadığımız anlar musiqi notlarına bənzər.Bəzən bəm,bəzən zil,bəzən isə çox kövrək olar.İnsanın yaşadığı xoşbəxtlik anları da eynən notların dili kimi olar.Əslində həyatın özü bir dəryadır.Dərya ilə təzadlığı yoxdur.Sadəcə dərya qədər dərinliklərə malik düşündürücü suallar, zənginliklərlə dolu,əlçatmaz sərvətlərdən ibarət olar.Nə qədər dərinliyinə varsaq da mənzil sonuna çata bilmərik.Çünki mürəkkəblikləri ilə aşa bilməyəcəyimiz qədər qayalıqları çoxdur.Bunun üçün böyük bir zamana ehtiyacımız var.Bəzən biz həyatda uğurlar qazanmaq istəyərik.Əslində,həyatın özü bir uğurdur.Bizə bəxş edilən ömrün hər bir günü yeni bir uğurdur.Həyatla təzadlıq təşkil edən varlıqlar həyatın özüdür.Qarşılaşdığımız yaşadığımız hadisələr bizə nə qazandırır?Təcrübə? Güc? Yoxsa umidsizlik? Bu da hər kəsdə fərqlidir.Çünki həyatın yaşatdığı hadisələri hər kəs bir cür yaşayar və qəbul edər.Bəzən isə qəbul edilməz.Elə hadisələr var ki, onları nəinki qəbul etmək, heç vaxt bagışlanılmayacaq qədər, ağır və silinməzdir.
Yaşananlardan təcrübə toplayıb güc alaraq,gələcəyə olan ümidlə uğurlu həyatın uğurlu addımları ilə irəliləməliyik.Çünki,insan həyatı hər zaman enişıli- yoxuşlu,dərəli-təpəli olar.Məqsədə gedən yol isə məhz həmin dərədən -təpədən keçər. Nə qədər təpələrdən yıxılsaq da,həyatdan güc alaraq zirvəyə doğru irəlliləməyi bacrmalıyıq.Çünki Hədəf Zirvədədir.
Hər kəsə həyatın bütün gözəllikləri ilə yanaşı,həyatın bütün zirvəliklərini fəth etməyi arzu edirəm.
Unutmayın, Uğur Həyatın Özüdür…

Gülnar Ələsgərova