Yeni WordPress Saytı

Vətəndaş Hərəkatına Antalyadakı diaspor təşkilatı tərəfindən plaket verilib

 

Azərbaycan Vətəndaş Hərəkatı (AVH) ilə Türkiyədə fəaliyyət göstərən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin üzvləri arasında görüş keçirilib.

Görüş zamanı tərəflər əməkdaşlıq imkanlarından, görülmüş və görüləcək işlərdən söz açıblar. AVH təmsilçiləri – Hacı Həsənov, Mübariz Göyüşlü, Bəxtiyar Həsənov, Asim Kazımlı, Dərnəyin İdarə Heyətinin üzvü Yusif Sadıqov gələcəkdə görülməsi nəzərdə tutulan ortaq çalışmalardan danışıblar.

Daha sonra Dərnəyin sədri Ceyran Səttarovanın adından Hərəkata təşəkkür plaketi, AVH tərəfindən isə kitablar hədiyyə olunub.

Qeyd edək ki, Dərnəyin sədri Ceyran Səttarova AVH-nin Diaspor Əməkdaşlıq Mərkəzinin fəaliyyətində, o cümlədən tədbir və görüşlərində aktiv iştirak edir. Eyni zamanda, Hərəkat da Dərnəyin fəaliyyətinə dəstəyini əsirgəmir.