Yeni WordPress Saytı

Bir payız ömrü

Tanrının yaratdığı kainatın içərisində böyük dəyərlərə malik olan bir neçə sərvətlər var.Təbiət,planetlər aləmi,heyvanat aləmi və s.Bütün bu sərvətlər insan həyatının əsasını təşkil edən amillərdir.Bunların içərisində təbiətin özünəməxsus gözəllikləri vardır.Fəsillərlə əhatələnən təbiət,insanı düşündürücü fərqli bir dünyaya qərq edir.Fəsillər,yaşadığımız həyatın obrazlı təsvirini əks etdirən bir portretdir.Həyatımızı 4 fəsil əhatələyib.
Yaz,yay ,payız,qış.
Deyilənə görə hər bir fəslin özünəməxsus gözəllikləri var.Məncə,payız özünəməxsus rəng çalarları,arqumentləri,kreativliiyi ilə digər fəsilllərdən seçilir.Dərinliklərə varsaq,payızın insan həyatı ilə bir çox təzadlıq təşkil etdiyini görə bilərik.Qısa bir zaman ərzində iqlimin bir neçə formaya düşməsi məhz payıza aiddir.
Payız -Bir insan ömrüdür.Kimsələr üçün yeniliklər,başlanğıclar, kimsələr üçün isə nikbinliklə solğunluqla nəticələnən bir fəsildir.Bir mahnı sözlərində deyildiyi kimi:
“Yenə payız gəldi,qonaqlar kimi,
Soldu məhəbbətim yarpaqlar kimi”.
Bəli,həyatımızdakı insanlar da payız yarpaqları kimi,kimisi solğunlaşar,kimisi parliyar,kimisi həmişəyaşıl olaraq dəyişməz qalar.Bəzən göz yaşlarımızı yağış damcılarl örtər. Gözlərimizin dərinliklərindəki qəhər bilinməsin deye.Yağan yağış,damcılarının rəngarəng payız yarpaqlarının üzərində parlaması bir başka aləmdi.Həmin o aləmlə uzun bir yol getmək isə özü bir başqa dünyadır.Əslində,payız göstərdiyi təsvirlə biz insanlarla danışar.Ağlamağını yağışla,sevinməyini göy qurşağı, küskünlüyünü isə solğun xəzəlləri ilə ifadə edər.
İnsan həyatının ən böyük təzadı payız…
Həyatın düşündürücü portreti payız…

 

Gülnar Ələsgərova