Yeni WordPress Saytı

Ərəb mediası Azərbaycan Prezidentinin Qarabağ siyasətinin uğurlarından yazıb

"İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan böyük sərkərdə kimi tarixə düşdü"

 

Şərqşünas Haşim Məmmədovun “Qarabağ fatehi və onun dəmir yumruğu” sərlövhəli məqaləsi Misir, Əlcəzair, İordaniya, Fələstin, İraq, Küveyt, Suriya və Türkiyənin nüfuzlu saytlarında dərc olunub.
Müəllif qeyd edib ki, işğalçı Ermənistanla 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb: ‘Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və əzmkarlığı nəticəsində Qarabağ düşməndən azad edilib.Azərbaycan 30 il Ermənistan işğalında inləyən torpaqlarımızı azad edib, Qarabağda artıq quruculuq işlərinə start verilib, yollar çəkilir, binalar inşa olunur, bütün sahələrdə dövlətin qəbul etdiyi inkişaf proqramlarının həyata keçirilməsinə başlanıb.
Azərbaycanda xalq-ordu-hakimiyyət birliyini heç bir qüvvə sarsıda bilməz. Heç bir qüvvə bu barədə düşünməsin, əks halda qarşılarında güclü Azərbaycan, məğlubedilməz ordusu və iradəli xalqını görəcəklər. Bu birliyin, həmrəyliyin nəticəsi 44 günlük döyüşün qələbə ilə başa çatmasıdır. Ali Baş Komandanın işğaldan azad olunan rayonlarımızda etdiyi səfərlərdə Azərbaycan bayrağını qaldırmqla xalqımızın heç bir zaman işğalla barışmayacağı və düşmənə qarşı həmişə amansız olacağı mesajını verdi. Prezidentin həmin səfərdə söylədiyi hər bir fikir xalqa verilən sözün əməli sübutuydu”.

Məqalədə bildirilir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevlə fəxr və qürur duyur: “Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün orduya minlərlə gəncin könüllü yazılması faktı xalqımızın öz dövlətinə, Ali Baş Komandanına sadiqliyini göstərdi. Biz inanırdıq və əmin idik ki, Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Əmin idik ki, Prezidentimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Qarabağ azad olunacaq, münaqişə öz ədalətli həllini tapacaq. Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Xalq da öz liderinə güvəndi, ona arxayınlaşdı. 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlarda xalqımız düşmənə qarşı əsgərlərimizlə çiyin-çiyinə döyüşdü. Orduya maddi-mənəvi dəstək oldu. Bu, Azərbaycan xalqının əzmkarlığının, məğlubedilməzliyinin, birliyinin göstəricisidir. Bu birliyi yaradan Ali Baş Komandanımız, cənab İlham Əliyevin müdirk və uzaqgörən siyasəti, fəaliyyətidir ki, xalq bir daha ona olan inamını, etibarını sübut etdi. Dünya birliyimizin şahidi oldu, qibtə etdilər bizə. Belə bir birlik varsa heç kəs bizə qalıb gələ bilməz”.
Haşim Məmmədov öz yazısında qeyd edir ki, işğal altında olan rayonlarımızın itkisiz azad edilməsi Azərbaycanın düşmən üzərində tam qələbəsi və Ali Baş Komandan Cənab İlham Əliyevin Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatların sübutudur: “Dünya Azərbaycanın, xalqın gücünü, mübarizliyinin şahidi oldu. Bir daha Azərbaycanla hədə dilində danışmaq istəyənlər dəmir yumruğu başlarının üstündə görə biləcəklər.
İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!”

 

Vetenqehremanlari.az