Yeni WordPress Saytı

Nərimanov rayonunda “Nur üzlü Şəhidim” və “Xarı bülbül” medalları təqdim olunub

 

Avqustun 27-də Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin Nərimanov nümayəndəliyi və Qafqaz Media İctimai Birliyi birlikdə Nərimanov rayon İcra Hakimiyyətində tədbir təşkil etdilər.
Nərimanov rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə şəhid ailələləri, qazilər və bir sıra dövlət nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova tədbirin təşkilinə görə hər iki təşkilata öz minnətdarlığını bildirdi.
O, öz çıxışında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi ilə rayon üzrə olan şəhid ailələrinə və qazilərə göstərilən qayğı və diqqətdən danışdı.Təkcə 44 günlük Vətən Müharibəsi şəhidlərini deyil, 1-ci Qarabağ müharibəsinin şəhidlərini də dərin ehtiramla yad etdiklərini vurğuladı.
Daha sonra Qafqaz Media İctimai Birliyinin rəhbəri hacı Azadə Taleh Abbasqızı, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyin Narimanov nümayəndəliyinin sədri Ədhəm Məmmədov tədbirlə bağlı fikirlərini söylədilər.
Tədbirdə iştirak edən şəhid ailələrinə “Nur üzlü Şəhidim” və qazilərə “Xarı bülbül” medal və vəsiqələri təqdim olundu. Sonda şəhid ailələri ürək sözlərini bildirərək tədbirin təşkilinə görə
Nərimanov rayon İcra Hakimiyyətinin
rəhbərliyinə, həmçinin Azadə xanıma və Ədhəm müəllimə öz minnətdarlıqlarını bildirdilər.

Gülnar Ələsgərova