Yeni WordPress Saytı

İnsan alveri ilə məşğul olan Xaçmaz rayon sakini həbs edilib

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Xaçmaz rayon sakinini həbs edib.
Azerforum”un əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini Məmmədova Cəmilə İsmayıl qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Merzifon şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən Məmmədova Cəmilə İsmayıl qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il  müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.