Yeni WordPress Saytı

Konsul Salonikidə diaspor nümayəndələri ilə görüşüb

21 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə yeni təyin olunmuş konsul cənab Qafqaz Aslansoy Saloniki şəhərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisini ziyarət edərək, burada yaşayan həmvətənlərimizlə görüş keçirmişdir.

Bu haqda “Vetenqehremanlari.az” saytına “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov məlimat verib.

Səmimi masa ətrafında keçən müzakirələrdə dövlət rəsmisi Salonikidə yaşayan azərbaycanlıların fəaliyyətləri və onları narahat edən məsələlərlə maraqlanmış və “QALA” Cəmiyyəti ilə əməldaşlığın əhəmiyyətini vurğulamışdır. Sonda cənab konsul soydaşlarımızla xatirə şəkli çəkdirmişdir. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti adından Cənab Qafqaz Aslansoya fəaliyyətində uğurlar arzulanıb, produktiv görüş və ofisə təqdim etdiyi hədiyyələr üçün təşəkkür olunub.

Vetenqehremanlari.az