Yeni WordPress Saytı

QHT-lər Ermənistandakı yer adları ilə bağlı ictimaiyyətə müraciət edib

Ermənistandakı yer adları ilə bağlı ictimaiyyətə

Müraciət

Bakı şəhəri, 20 avqust 2021-ci il

Hazırda Ermənistan adlanan uydurma dövlətin ərazisi tarixi Azərbaycan yaşayış məskənlərindən ibarətdir. Həmin yaşayış məskənlərinin hər birinin Azərbaycan tarixində, milli-mənəvi irsində öz xüsusi yeri mövcuddur.

Ona görə də, Ermənistan adlanan uydurma dövlətin ərazisində olan tarixi Azərbaycan şəhərləri, kəndləri barədə geniş məlumatların xalqa, xüsusən də gənclərə və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Bu istiqamətdə elmi-tarixi materialların Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması daim torpaqlarımıza tamah salan ermənilərin beynəlxalq səviyyədə reallaşdırdıqları yalan propaqandaya qarşı da tutarlı əks-zərbə rolunu oynaya bilər.

Bu baxımdan hesab edirik ki, hər kəs bu məsələdə öz sahəsi üzrə fayda vermək imkanlarından maksimum səviyyədə istifadə etməlidir. Azərbaycan alimlərinin Ermənistan ərazisində qalan tarixi yaşayış məskənlərimiz barədə dolğun materiallar hazırlaması, ictimailəşdirməsi gələcək nəsillərimiz üçün böyük töhfə ola bilər. Azərbaycanın ictimai-siyasi xadimlərinin ölkə daxilində və xarici ölkələrdə qatıldıqları tədbirlərdə Ermənistan ərazisindəki yaşayış məskənlərimizi tarixi adları ilə səsləndirmələri milli-mədəni irsimizin təbliğində önəm daşıyacaq bir ənənə olardı. Eyni zamanda, Azərbaycan KİV-lərinin də bu məsələyə həssas yanaşması böyük önəm daşıyır.

Biz Qeyri-Hökumət Təşkilatları olaraq, Azərbaycan ictimaiyyətinə, jurnalistlərə, alimlərə, ictimai-siyasi xadimlərə bu müraciətimizlə, bundan sonra Ermənistan ərazisində olan və ermənilərin adlarını dəyişdirdiyi tarixi Azərbaycan yaşayış məskənlərinin öz əsl adları ilə gündəmə gətirilməsini təklif edirik.

Bu təklif-müraciətimizə Ermənistandakı bəzi Azərbaycan şəhərlərinin doğru yazılışını da əlavə edirik:

1. İRƏVAN (Yerevan) – Azərbaycan şəhəri, hazırda Ermənistanın paytaxtı;

2. QARAKİLSƏ (Sisian) – Ermənistanda Azərbaycan şəhəri;

3. BASARKEÇƏR (Vardenis) – Ermənistanda Azərbaycan şəhəri;

4. KARVANSARAY (İcevan) – Ermənistanda Azərbaycan şəhəri;

5. TOVUZQALA (Berd) – Ermənistanda Azərbaycan şəhəri;

6. İNCƏSU (Noyemberyan) – Ermənistanda Azərbaycan şəhəri;

7. GÖYÇƏ (Sevan) – Ermənistanda Azərbaycan şəhəri;

8. VEDİ (Ararat) – Ermənistanda Azərbaycan şəhəri;

9. KEŞİŞKƏND (Yexeqnadzor) – Ermənistanda Azərbaycan şəhəri;

10. GORUS (Qoris) – Ermənistanda Azərbaycan şəhəri;

11. QAFAN (Kapan) – Ermənistanda Azərbaycan şəhəri…

Bu siyahı sadəcə, qısa müddətdə hazırlanmış örnək xarakteri daşıyır. Hesab edirik ki, daha fundamental araşdırmalarla Ermənistan ərazisində qalan bütün tarixi yaşayış məskənlərimizin əsl adlarının müəyyənləşdirilməsi və yeri gəldikcə ictimailəşdirilməsi olduqca vacibdir.

Əlövsət Allahverdiyev

“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi,

Elçin Xalidbəyli

“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,

Elman Cəfərli

Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyi,

Fuad Hüseynzadə

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı,

Dəyanət Osmanlı

Türk Dünyası İnfo təşkilatı,

Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyi,

Aqil Eyvazov

İqtisadiyyat və Hüquq təşkilatı,

Bəxtiyar Həsənov

Sosial İnkişafa Dəstək təşkilatı,

Namiq Sərdarlı

Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi,

Eldəniz Salmanov

Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,

Zaur Orucov

Zərərli vərdişlərə qarşı mübarizə İctimai Birliyi

Sərxan Carçı

“Carçı” Tarix və Mədəniyyət Araşdırmaları Mərkəzi