Yeni WordPress Saytı

Xarici dil bilgisini təkmilləşdirmək üsulları

 

Dil insanlar arasında ünsiyyət vasitəsidir.Dil cəmiyyətdə formalaşdığı üçün cəmiyyətə xidmət edir.Buna görə də ictimai hadisə hesab olunur. Sokrat demişdir: “Danış, deyim ki, sən kimsən?”
Bəli, hər kəs danışdıqdan sonra onun elmi inkişafının nə dərəcədə olduğunu görə bilərik.Bugünki gündə cəmiyyətimizdə, eləcə də ölkəmizdə əcnəbi dillərə həm üstünlük verilir, həm də tələbat var.Bu tələbat xüsusən turizm sahəsində özünü daha çox göstərir.Bu da ondan irəli gəlir ki,Azərbaycan günü -gündən inkişaf edərək,Avropaya inteqrasıya olunmuş ölkə hesab edilir.Bəs bu artan tələbat yetərincə mənimsənilə bilinirmi? Hal -hazırki,dönəmdə respublikamızda kifayət qədər dil kursları fəalliyyət göstərir; istər fərdi, isdərsə də qrup şəklində.Bu kurslar yetərincə xarici dil bilgisini cəmiyyətimizə aşılıya bilirmi?Yaş kateqoriyasından asılı olmayaraq,xarici dil bilgisini artırmaq istəyən insanlar arasında sorğu keçirtsək,göstərici heç də ürəkaçan olmayacaq.Çünki,bugünki gündə xarici dil bilgisi baxımdan yaşanan problem danışıqdı.Hər kəs qrammatika səviyyəsini öyrənir,ancaq danışa bilmir.Səbəb nədir?Araşdırsaq bir sıra səbəblər taparıq.Lakin əsas səbəblərdən biri,kursların nəzdində keçirilən conversation (danışıq) dərslərinin metodikasının düzgün aparılmamasıdı.Hər şeydə bir sistem var: asandan çətinə doğru addımlamaq.Təəssüf ki, kurslardakı vəziyyət belə deyil.Elementra səviyyəli conversation dərsinə qatılırsan, ancaq elementrdan əsər əlamət yoxdur.Nədən axı? Adını elementra qoyub pri-elemenrta və yaxud başqa səviyyədə dərslər keçirilir.Məncə,sadədən mürəkkəbə doğru öyrənilsə daha yaxşı olar.Çünki bu cür mürəkkəblilik insanlarda xarici dil bilgisini artırmaq və təkmimləşdirmək istəyini azaldır.Dil bilgisinin zəifliyi isə cəmiyyətlə bərabər bir sıra iş sektorlarında özünü büruzə verir.Bu kimi problemlərin aradan qaldırılması üçün kursların nəzdində fəaliyyət göstərən danışıq dərsləri təkminləşdirilməlidir.Bunun üçün sadə, başa düşəcək dildə yeniliklər olmalıdır.Mövzular ümumi,hər kəsin özündən və gündəlik həyatını canlandıra biləcək qədər danışıq səviyyəsindən başlanılmalıdır.
Yenilik olaraq dinləmə metodikaları olsa daha yaxşı olar. Çünki insan qulağı ilə eşitdikləri daha tez beyinə həkk olur.
Mən bir gənc olaraq kurs rəhbərlərinə üzümü tutub bildirmək istəyirəm ki,biz gənclərə dəstək olaraq, xarici dil bilgilərini aşılamaqla daha uğurlu və məqsədyönlü metodikalar seçsinlər.Çünki keyfiyyət nə qədər yüksək olarsa,təmsil və təbliğat o qədər də yüksək olacaq.

Gülnar Ələsgərova