Yeni WordPress Saytı

Qarabağa gedirəm

Mənim 19 yaşım var. Valideynlərim Qarabağdan gəlmiş məcburi köçkünlərdir. Deməli, mən də məcburi köçkünəm. Mən o torpaqları görməmişəm, amma hər an, hər dəqiqə gözümün önündə sanki, canlanır o yurd, o torpaq, o el-oba, atamın, anamın böyüdüyü ev, küçə, babalarımızın uyuduğu məzarlıqlar.
Bir zamanlar mən bir filimə baxanda bir uşağın görmədiyi ulu babalarının uyuduğu yurdları xatırlayır və özünə söz verir ki, necə ki, ulu babaları orada yaşayıb, ölüb o da ora qayıtmalı, orada yaşamalı, yaratmalıdır. Bu hiss, bu düşüncə hər zaman mənimlə yol yoldaşı olub. Deməli, mən də o yurdlara qayıdıb, oraya sahiblənməliyəm. Mənə elə gəlir ki, biz  Qarabağ torpaqlarının qalan hissəsini də yaxın zamanda geri qaytaracayıq.

Hərdən oturub düşünürəm “Qarabağımız artıq azaddır.Ali Baş Komandanın və igid döyüşçülərimiz sayəsindəə mənfur düşmənlərimiz torpaqlarımızdan qovulub. Biz də müəyyən bir ixtisasa sahibləndik. Dövlətimiz tərəfindən bizə işləmək üçün bölgələr təklif olunur. Sözsüz ki, mən də ulu babalarımızın yaşadığı Qarabağ torpağına getməliyəm. Sözsüz ki, müharibə yolu ilə (mən inanıram ki, müharibə yolu ilə qalan torpaqlar da alınacaq!)alınmış torpaqlarda nə qədər böyük işlər görülməlidir.

Birinci: torpaqlar minalardan təmizlənməli;
İkinci: dünya ictimaiyyətinin diqqətini düşmənin viran qoyduğu yurdlara cəlb etmək;
Üçüncü: böyük Qarabağ planı hazırlanmalı:a) hər sahə üzrə mütəxəssislər ordusu təşkil etmək,
b) ərazilərin relyeflərini təyin etmək,
c) kənd və şəhərsalma çertiyojlarını hazırlamaq,
ç) münbit torpaqları təyin edib, onlardan istifadə etmək,
d) əhalinin gəlir mənbəyi kimi hansı təsərrüfat sahələrinə cəlb etmək və s.”
Bax, bunlar mənim arzularımdır. Gözəl Qarabağ, gözlə, gələcəyik!

 

Pərvanə Əmirova