Yeni WordPress Saytı

Zəhra balanın müalicəsi üçün köməyə ehtiyac var

 

5 yaşlı Zəhra bala anadangəlmə bel qalça sümüyündə 8 fəqərəsi yoxdur. Bağırsağlarının 80 faizi martın 2-si Elmi Tədris Cərahiyyə mərkəzində çıxarılıb. Zəhra 5 il ərzində Türkiyə və İranda bir neçə dəfə əməliyyat olunub. 5000 min manata bağırsaqlarından əməliyyat olunub. 3 ay boyunca fizoterepiya sayəsində Zəhra 2 yaşında ayağa qalxıb. Bu günə qədər aylıq iynələri 457 manat bir, 348 manat bir, iynələr fizoterapiyalar qəbul edir. İyunun 30-u Rusiyanın Sankt-Peterburq şəhərində müayinə olunub. Müayinədən sonra hər iki çanağına implant platin qoyulması diaqnozu qoyuldu. 7 yaşında sidik kakasin hiss etməsi, siqnal çatmağı üçün implant qoyularaq 2-ci dəfə əməliyyat olunmalıdır. Bunun üçün də 5 mindən 35 min manata qədər maliyyə lazımdır. Zəhranın ayağa qalxması üçün ailəsinin o maliyyəyə ehtiyacı var.
Ailəsi imkanlı şəxslərdən xahiş edir ki, Zəhra balaya kömək etsinlər. Çünki bir uşağın üzündəki təbəssüm bu dünyada hər şeyə dəyər. Yaxşılıq edək ki, əvəzində yaxşılıq görək. Unutmayaq ki, Allah edilən yaxşılıqları mükafatsız qoymur.