Yeni WordPress Saytı

İctimai təşkilatlar Türk Şurası ilə bağlı müraciət etdi

İctimai təşkilatların Türk Şurasının ad dəyişikliyi ilə bağlı

Müraciəti

Bakı şəhəri, 07 avqust 2021-ci il

Son dövrlər türk dövlətləri arasında birlik və əməkdaşlıq prosesləri sürətlənməkdədir. Bununla bağlı ən müxtəlif çalışmalar həyata keçirilir. Bunlardan biri də türk dövlətləri tərəfindən yaradılan, beynəlxalq təşkilat olaraq çox səmərəli çalışmalar həyata keçirən Türk Şurasının (Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının) 2019-cu ildə Bakıda keçirilən toplantısında qurumun adının dəyişdirilməsinin təklif edilməsi idi.

Ötən dövrdə bu istiqamətdə türk dövlətlərinin rəsmi və ictimai qurumları tərəfindən aktiv şəkildə müzakirələr aparılmaqdadır. Bu müzakirələrin keçirilməsi, təşkilatın adının dəyişdirilməsi və gələcək inkişaf perspektivinə uyğun yeni bir ad seçilməsi Türk Dünyası üçün çox faydalı ola bilər.

Hazırda ən uyğun variant kimi “Türk Dövlətləri Birliyi” ifadəsi rəsmi qurumlar və geniş ictimaiyyət tərəfindən təklif kimi səslənməkdədir. Azərbaycanın bir qrup ictimai təşkilatı olaraq hesab edirik ki, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının beynəlxalq təşkilat kimi oynadığı rolun, gələcəkdə daha da aktiv bir formatda davam etməsi üçün “Türk Dövlətləri Birliyi” deyə adlandırılması çox uyğun bir seçim olardı. Qurumun yeni adı onun fəlaiyyətini, genişlənməsini, gördüyü işləri tam olaraq əhatə edə bilir.

İnanırıq ki, bu müzakirələr türk dövlətlərinin rəsmi qurumlarının qəbul etdiyi uyğun qərarla bitəcək və gəlinən nəticə Türk Dünyasının inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq.

Ceyran Səttarova
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi,

Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatı,

Elman Cəfərli
Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyi,

Elçin Xalidbəyli
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi,

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyi,

Dəyanət Osmanlı
Türk Dünyası İnfo təşkilatı,

Əlövsət Allahverdiyev
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi,

Aqil Eyvazov
İqtisadiyyat və Hüquq təşkilatı,

Bəxtiyar Həsənov
Sosial İnkişafa Dəstək təşkilatı,

Namiq Sərdarlı
Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyi,

Eldəniz Salmanov
Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,

Zaur Orucov
Zərərli vərdişlərə qarşı mübarizə İctimai Birliyi