Yeni WordPress Saytı

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR

Təhsil nədir?
Təhsil öyrənmənin, yaxud bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının, asanlaşdırılması prosesidir. Başqa sözlə desək, təhsil bu günümüz , sabahımız və gələcəyimizdir.Ümummilli liderimiz Heydər Əliyevin gözəl bir fikri var: “Təhsil millətin gələcəyidir”.
Həqiqətən, təhsili olmayan bir gələcək, hansı cəmiyyətə, hansı dövlətə xeyir verə bilər? Məncə, heç birinə. Bugünki gündə bizdə təhsil hansı formadadır?
Bugünki təhsil gənclərimizi qane edirmi? Gənclərimiz arasında sorğu keçirrsək, cavab heç də qaneedici olmayacaq. Hər bir sahədə olduğu kimi təhsildə də, bir sıra boşluqlar və problemlər var. Bunlardan biri gənclərimizin ixtisaslarla bağlı yaşadığı problemdir.
Hər bir abituryent ali məktəbə qəbul olub tələbə adını qazanaraq, seçdiyi ixtisas üzrə savadlı kadr olmaq istəyir. Bu istək bütün tələbələrimizdə reallaşa bilirmi?
Təəssüf ki, yox, səbəb nədir? Cavab çox sadə. İxtisas yerləri ilə kadr sayının düzgün aparılmaması. Əgər bir ixtisas üzrə 40 yer ayrılırsa, 4 ildən sonra 40 tələbə bitirdiyi ixtisas üzrə işlə təmin oluna bilirmi? Müəyyən faiz ixtisas üzrə işlə təmin olunsa da, qalanı isə qeyri-peşələrə üz tuturlar. Qeyri -peşəkarlıq isə gələcəkdə cəmiyyətdə və dövlətdə bir sıra problemlərə yol açır. Bütün bu problemlər gənclərimizdə təhsilə qarşı marağı, sevgini azaldır. Əvvəlki illərlə müqayisədə bugünki gündə bu göstərici çox aşağıdır. Ali təhsil, magistr, dokturantura təhsilini artırıb elmi dərəcə adını almaq istəyən gənclərimiz sayı çox azdır. Bütün bu problemlərin aradan qaldırılması üçün, Təhsil Nazirliyi başda olmaqla, Dövlət İmtahan Mərkəzi və adiyyəti qurumlar bir yerdə çalışmalıdırlar.
Azərbaycan sahəsinə və əhalisinin sayına görə bəzi dövlətlərdən kiçik olsa da, böyük uğurlara imza atmış bir dövlətdir. Azərbaycanın gördüyü işlər bütün Avropaya məlumdur. Uğurlu dövlətimizdə yetişən gənclərimizində uğurlu, parlaq gələcəyi olmalıdır. Təhsilimizin inkişafı üçün hər birimiz əlimizdən gələni əsirgəmiyək. Dövlətimizi bütün dünyada yüksək səviyyədə təmsil edək…

Müxbir: Gülnar Ələsgərova