Yeni WordPress Saytı

Buta Gənclər Klubu şəhid Polad Həşimovun xatirəsinə həsr olunan çempionatda birinci olub

01 avqust 2021-ci il tarixində Qəbələ Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası “Ayaz” Karate-Do klubu İctimai Birliyi uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycanın Milli Qəhrəmanı “General-mayor Polad Həşimovun” xatirəsinə həsr edilmiş  Açıq Respublika Çempionatı keçirmişdir. Çempionat iştirakçıları ilk öncə General-mayor Polad Həşimovun və Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, məşqçilər, və federasiya nümayəndəsi Ayaz İbişov çıxış edərək, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş Milli Qəhrəman General-mayor Polad Həşimovun keçdiyi döyüş yollarından söhbət açmışlar. Çempionatda Respublikanın 25-dək şəhər və rayonundan 250 idmançı iştirak etmişdir. Həmçinin çempionatda ictimaiyyət nümayəndələri, şəhid Polad Həşimovun övladları iştirak etmişdir.
Çempionatda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq medallar qazanıblar. Bu nəticə ilə Buta Gənclər Klubu bütün komandaları üstələyərək birinci olub. Klubun yetirməsi olan Nuray İbadova respublika üzrə I yerə layiq görülüb. Bütün qaliblər sertifikat və medallarla təltif olunublar.
Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 7-ci sinif şagirdi olan
Nurayın İbadovanın karate bumüəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir. Pandemiyaya baxmayaraq Nuray müəllimi ilə yarışlara ciddi hazırlaşır. O, artıq bu il beşinci dəfədir ki, idmançı olaraq qalibiyyət kürsüsünə çıxır.

Vetenqehremanlari.az