Yeni WordPress Saytı

Azərbaycanın fəxri şəhid Davud Hacıyev

 

Bu gün Azərbaycan xalqı öz şəhidləri ilə fəxr edir. Xaçmazda böyüyüb boya-başa çatan və İkinci Qarabağ müharibəsində şəhid olan Davud Hacıyev də belə Vətən oğullarından biridir. Xatırladaq ki, Hacıyev Davud Novruz oğlu 1998-ci ilin iyul ayının 14-ü Xaçmaz rayonunda anadan olub. O, ailənin tək övladı, tək fəxri idi. Davud evsiz və kasıb ailədə dünyaya gəlmişdir. O, 2004-cü ildə orta məktəbin birinci sinifinə getmiş və 2013-cü ildə məktəbi bitirmişdir. Daha sonra Davud Xaçmaz şəhər peşə liseyinə qəbul olmuş və musiqi məktəbində oxumuşdur. İki il sonra oranı mühasibatlıq ixtisası üzrə bitirmişdir. 2016-cı ildə təhsilin bitirdiyi il həqiqi hərbi xidmətə çağırılmış və əsgərliyini 1 il 6 ay laiqincə başa vurmuşdur. 2018-ci il 2 yanvarda hərbi xidmərdən geri qayıdıb, Quba rayonunda çörəkpaylama işi iə məşğul olumuşdur. 2020-ci ilin sentyabrın 21-i çağırışla Qusar rayonunun N saylı Hərbi hissəsinə təlimə aparılıb. 27-si Goranboy rayonuna’ oktyabrın 3-ü isə Füzuli rayonuna aparılmış.Oktyabrın 9-u snayperlə başından vurularaq yaralanmışdır. Davud noyabrın 17-sinə kimi komada qalıb və sonda şəhidlik zirvəsinə ucalıb. Anası Validə xanımı tək qoyub. Noyabrın 26-sı böyüdüyü Xaçmaz rayonunda torpağa tapşırılıb. Allah rəhmət etsin!

Vetenqehremanlari.az