Yeni WordPress Saytı

Buta Gənclər Klubunun idmançıları budo döyüş növü üzrə Respublika birinciliyində qalib olublar

İyulun 25-27-də Bakı şəhərində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş budo döyüş növü üzrə Respublika birinciliyi və çempionatı keçirilib.

Çempionatda Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq medallar qazanıblar. Bu nəticə ilə Buta Gənclər Klubu bütün komandaları üstələyərək öndə olub. Klubun yetirməsi olan Nuray İbadova respublika üzrə II yerə layiq görülüb. Bütün qaliblər diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 7-ci sinif şagirdi olan
Nurayın İbadovanın karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir. Pandemiyaya baxmayaraq Nuray müəllimi ilə yarışlara ciddi hazırlaşır. O, artıq bu il dördüncü dəfədir ki, idmançı olaraq qalibiyyət kürsüsünə çıxır.
Buta Gənclər Klubunun idmançılarını və onların məşqçilərini qələbə münasibətilə təbrik edir, onlara növbəti yarışlarda da uğurlar arzu edirik.

Vetenqehremanlari.az