Yeni WordPress Saytı

Lobbi pulları Senator Menendesi yenə qızdırdı – “Azərbaycan Ermənistanın torpağına girib”…

Yeganə Hacıyeva: “ABŞ-dakı erməni lobbisi onu əvvəlki həyat yoldaşından boşatdırıb, erməni milliyyətindən olan köməkçisi ilə evləndirdi”

 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, senator Bob Menendez, Bayden administrasiyasının Azərbaycana yardımı nəzərdə tutan 907-ci düzəlişi məhdudlaşdırmaqdan imtina etməsindən narahatlığını bildirib. Menendez öz sərsəm və ikiüzlü fikirlərini belə ifadə edib: “Ermənistanın ərazilərini işğal etdilər. Mənə elə gəlir ki, bunun qəbuledilməzliyinə dair açıq bir çağırış olunana qədər təcavüzü davam etdirəcəklər”.
Menendez bildirib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd göstərilən doktor Karen Donfrid təsdiqlənərsə, Senatın Xarici Əlaqələr Komissiyası ilə bu mövzuda yaxından iş aparılacaq. “Biz mütləq şəkildə əmin olmalıyıq ki, Azərbaycana etdiyimiz yardımlar Dağlıq Qarabağın həllinə dair öhdəliyimizlə rəsmi Bakı arasında güc balansının pozulmasına təsir göstərmir”.
ABŞ-dan olan senatorun bu təxribatçı açıqlamasının arxasında hansı maraqlar dura bilər? Təbiidir ki, belə maraq olmasa, o,  “Azərbaycan Ermənistan ərazilərini işğal edib” kimi ağ yalan fikirlərini səsləndirməzdi.
Beynəlxalq məsələlər üzrə ekspert, politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu senatorun kimliyinə dərindən nəzər salınsa, onun niyə belə danışdığı aydın  olacaq: “Menendesin həyat yoldaşı ermənidir. ABŞ-dakı erməni lobbisi onu əvvəlki həyat yoldaşından boşatdırıb, erməni milliyyətindən olan köməkçisi ilə evləndirdi. Həmin hadisədən sonra erməni diasporunun yazıb həyat yoldaşı vasitəsilə onun qabağına qoyduğu  mətnləri danışır. ABŞ-dakı Erməni Milli Assambleyasınının tutuquşuna çevrilən bu senatorun belə sərsəm açıqlamalarının nəyəsə təsiri ola bilməz. Biz də çalışmalıyıq ki, bu cür fikirlərə alternativ mövqe orataya qoyan senatorlar ortaya çıxaraq. Təəssüf ki, uzun illər ərzində bu istiqamətdə ciddi nəticə ortaya qoyulmayıb. Bu, bizim ölkənin ABŞ-dakı səfirliyinin zəif fəaliyyətini üzə çıxarır. Lobbiçilik fəaliyyəti mövsumi xarakter daşımamalıdır. Daimi olması üçün ciddi fəaliyyət ortya qoyulmalıdır. Məsələn hanısa konqresmen özünü Azərbaycan dəyərlərinə yaxın hiss etməsə, o heç vaxt bizim haqqımızda real mövzulardan danışmayacaq”.
Politoloqun sözlərinə görə, görünür ki, erməni lobbisi yenidən hücuma keçib: “Bu cür siyasi təxribatların Konqresdə ayaq açması təəssüf doğurur. ABŞ-da siyasi proseslərə təsir edə bilən, erməni lobbisindən  güclü yəhudi lobbisi də var. Onlar Azərbaycanla normal münasibətlər saxlamağın tərəfindən çıxış edir. Menendez, ermənipərəst siyasətçilər öz məqsədlərinə çatmayacaqlar. Erməni lobbisinin bu cəhdi də  uğursuz olacaq. Çünki ABŞ-la Azərbaycanı münasibətini daha strateji hədəflər və əməkdaşlıq sahələri tarazlayır”.