Yeni WordPress Saytı

Əvəzolunmaz Qəhrəmanlar

Tarixə nəzər salsaq görə bilərik ki, Azərbaycan hər zaman yenilməz,əvəzedilməz qəhrəmanlar yetişdirmişdir. Ərəblərə qarşı vuruşan Cavanşir,Xürrəmillər hərəkatına başçılıq edən Babək, Səfəvilər dövlətinin əsasını qoyan Şah İsmayıl Xətai kimi qəhrəmanlarımız olmuşdur.Tarixin qaynağından süzülüb gələn bu qəhrəmanlar hər zaman nümunə olaraq göstərilmişdir.
Uzun illərdən sonra,tarixə adını yazan 1- ci Qarabağ müharibəsinin qəhrəmanları oldu.Bunlardan biri Çingiz Mustafayev idi.1992-ci ildə ermənilərin Dağlıq Qarabağ müharibəsində millətimizin başına ,ağlasığmaz vəhşiliklərlər törətmişdilər.Bu vəhşiliklərdən biri Xocali Soyqırımı idi.Məhz,Çingiz Mustafayevin həmin vəhşiliklərini göz yaşları ilə lentə almışdır.Çingizin çəkdiyi kadrlar sayəsində bütün dünya Xocalı vəhşiliklərinim şahidi oldu.1-ci Qarabağ müharibəsi zamanı neçə – neçə qəhrəmanlarımız şəhid oldu.Məhz həmin qəhrəmanların yolunu tutan gənclərimiz 44 günlük 2 – ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid oldular.
Bunlar yenilməz, əvəzolunmaz generalımız Polad Həşimov,İlqar Mirzəyev, Elvin,Fuad,Şukran,Tural, Mərdan.Adlarını sadaladığlarım gənc qəhrəmanlar generalımızla çiyin-çiyinə vuruşaraq şəhid olmuşdular.

22.07.2021 ci il tarixində Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Vəliyevin təşəbbüsü ilə təntənəli şəkildə şəhidlərimizin büstlərinin açılış mərasimi oldu.Biz də Vetenqehremanlari.az saytı olaraq özümüzə borc bildik ki, komandamızla birlikdə: Gülnar Ələsgərova, Sevinc Cavadova və Ənvər Məmmədovla o tədbirdə iştirak etdik.Açılış dövlət atributumuz Himn ilə başlanıldı.Himnimizin sədaları altında diqqətimi bir məqam çəkdi.Nur üzlü Fuadın təbəssüm dolu baxışları.Fuad Aviasiya Akademiyasının tələbəsi idi.Yaşasa idi dövlətinə,millətinə savadı ilə xidmət edən gözəl bir pilot olacaqdı.Təəssüf ki,azğın erməni tək Fuadı deyil,Fuadın timsalında bir çox gənclərimizin arzu və istəklərini ürəklərində qoydu.Onların gələcək həyatları ürəklərində qalsada,amma milyonlarla insanların qəlbində sevgi toxumunu əkməyi bacardılar.

Bu gün Səmayə ananın, Kəmalə bacının, eləcə də şəhid ana və bacılarımızın qəlblərindəki iztirab, gözlərindəki kədərdən hiss olunurdu.Biz nə etsək də heç bir zaman sizlərin borcundan çıxa bilmərik.Bu gün Qarabağ azaddırsa,biz rahat yaşayırıqsa, buna səbəb qanları ilə tarix yazan şəhidlərimizdi. Həqiqətən, qanları və canları ilə tarix yazan şəhidlərimiz.Xalqı dövləti üçün ölümü gözə alan əvəzsiz oğullarımız.

Haqqınız ödənilməz.
Ruhunuz şad olsun, Qəhrəmanlarım.
ALLAH SİZLƏRƏ RƏHMƏT ETSİN!

Hazırladı: Gülnar Ələsgərova