Yeni WordPress Saytı

“Misirli tələbələr böyük sevgi ilə Azərbaycan dilini öyrənirlər”

Sədaqət Ali Əşrəf: "Onlar həmişə mənə deyirlər ki, çox möcüzəli bir ölkəsiniz"

Azərbaycanın zəngin maddi-mədəni irsi, tarixi və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın əməyi, fəaliyyəti danılmazdır. Günümüzdə demək olar ki, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız ölkəmizi həmin dövlətlərdə layiqincə təmsil edir, onun haqq səsini beynəlxalq aləmə çatdırırlar. Belə dəyərli Vətən övladlarından biri də uzun illər Misirdə yaşayan, bu ölkədəki Azərbaycan diasporunun sədr müavini Sadaqat Ali Əşrəfdir.  Bu günlərdə Sədaqət xanımın Bakıda olmasından istifadə edərək onunla görüşüb müsahibə almaq qərarına gəldik.

-Sədaqət xanım, təxminən neçə ildir  Misirdə yaşayırsınız və Misirə ilk getdiyiniz illərdə bu ölkənin mühitinə, insanlarına necə uyğunlsşdınız, hər hansı çətinliklərlə qarşılaşmadınız?

-Mən 2000-ci ildə Misirin paytaxtı olan Qahirə şəhərinə gəlmişəm. Həyatım boyu ailə və iş durumuna görə çoxlu xarici ölkələrdə yaşamışam. Ona görə də Misirə inteqrasiya olmağımda çox cətinlik çəkmədim. Vurğulamaq istəyirəm ki, Misir Ərəb İslam ölkəsi olduğu üçün, Azərbaycanla çoxsaylı oxşarlıqları var. Dinimizdə, adət- ənənimizdə, mədiniyyətimizdə çox oxşar xarakterlər var.

 – Tez-tez Azərbaycan yadınıza düşür yəqin ki, o zaman nəylə təsəlli tapırsınız, Vətən həsrətini nəylə qarşılayırsınız?

-Kənardan elə görünə bilər ki, xaricdə yaşayan insan, vətənindən uzaq olan şəxs vətəninə həsrəti ilə yaşamalıdı. Amma mənim həyata baxışım bir az müxtəlifdi. Çünki mənim həyat tərzim xarici ölkələrdə Azərbaycanın təbligini, ata-babalarımızdan qalan adət ənənələrimizi, bizim incə və gözəl mədəniyyətimizi, möhtəşəm qədim tariximizi, həqiqətlərimizi xarici vətəndaşlara çatdırmaqdı.

 

– Misirdə Azərbaycan diasporunun sədr müavini olaraq Azərbaycan mədəniyyəti, tarixi, adət – ənənələrini necə və hansı üsullardan istifadə edərək təbliğ edirsiniz?

-Bildiyiniz qədər Azərbaycan diasporası çox gəncdir və illər öncə diaspora idealogiyası olmadan öncə belə mən diaspor faəliyati ilə məşqul idim. Misir məktəblərində Azərbaycan günlərini qeyd edirdik.  Misirin Teatrlarında milli rəqslərimizi, Azərbaycan və Ərəb dilində Azərbaycana aid şerlərimizi nümayiş edirdik. Bununla yanaşı Azərbaycan və Türk səfirlikləri ilə birlikdə milli bayramlarımızı, anım günlərimizi mütəmadi olaraq yiğışıb geyd edirk.

 – Maraqlıdır Misir mətbuatı, televiziyaları keçirdiyiniz tədbirlərə, ümumən Azərbaycana nə dərəcədə maraq göstərir, həmin tədbirlər barədə məlumat verirlərmi?

-Misirin Azərbaycana çox böyük marağı var, onlar həmişə mənə deyirlər ki, çox möcüzəli bir ölkəsiniz. Çünkü “Azərbaycan Qərblə – Şərgin görüşdüyü yerdi” . Çalışırıq ayda iki dəfə Misirin dövlət telekanalına çıxaq, Misirin mətbuatı ilə mütəmadi olaraq əlaqədəyik. Vurğulamaq istəyirəm ki, nəinki Misirin mətbuatı, eləcə də Misirin vətəndaşlarının belə Azərbaycana və Azərbaycan dilinə olan sevgiləri böyükdür. Çox sevindirici haldırki Misirin və dünyanın ən nüfuzlu universitetlərindən sayılan “Ain Şəms”  , “Qahirə” , “Al Azhar” – da  Azərbaycan dilinin dövlət səviyyəsində tədrisi aparılır və misirli tələbələr böyük sevgi ilə Azərbaycan dilini öyrənirlər.

-44 günlük müharibə dövründə yəqin ki, Misirdəydiniz və müharibənin gedişini  hansı hiss həyəcanla izləyirdiniz? 

Müasir dövrümüzdə sosial şəbəkələr həyatımızda ən önəmli rol oynayir. 44 günlük müharibə dövründə mənim nə gecəm,  nə də gündüzüm oldu. Dayanmadan düşmənlərlə sosial arenaya çıxdim. Bəzi çox çətin məqamlara baxmayaraq qalibiyyətimiz mənə hər şeyi unutdurdu. Özümə və bütün qəhraman Azərbaycan xalqıma keçmiş olsun deyirəm. Sevimli Prezidentimiz Ali Baş komandanımız İlham Əliyevin sözlərini təkrarlamaq istərdim. “Azərbaycan xalqı dəmir yumruq kimi güclü və birdir”. Müharibədən qayıdan bütün qazilərimizə Allahdan can sağlığı diləyirəm və igid oğlanlarımıza, müharibədə Şəhid zirvəsinə ucalanlara Allahdan rəhmət diləyirəm. Rəbbimiz şəhidlərimizin ailələrinə səbr versin. Qəbirləri nurla dolsun.

– Bəs Misirdəki ermənilər, erməni diasporu sizin tədbirlərə hansısa formada mane olmağa çalışırmı? 

-Misir elə bir dövlətdir ki, orada bütün xarici vətəndaşlara eyni qaydada şərait yaradılır və bunun qarşılığında bir- birinə hörmət tələb edir. Ona görə də hər bir əcnəbi vətəndaşın hüquqları qorunur. Misir Ərəb dövlətində gərəl gözəl diplomant olasan ki, öz fikrini savadla, elmlə cəmiyyətə çatdıra biləsən. Mənim başıma gələn bir əhvalatı sizə söyləyim. 2018-ci ildə Misirin Dövlət Telekanalına dəvət almışdım. Studiyaya girdim və məndən öncə başqa bir çəkilişi vardı, həmin proqram yekunlaşırdı. Bir saatlıq proqramın yarım saatını erməni diasporasına, digər yarım saatını isə Azərbaycan diasporasına həsr etmişdilər. Çox maraqlı məqəmı vurğulamaq istərdim ki, bizim çəkilişimiz başlayanda onların diaspor rəhbəri studiyanı tərk etməkdənsə,  bir kınara çəkilib bizim çəkilişimizə sona kimi baxdı. Verlişin sonunda biz “Sarı Gəlin” mahnısını ifa edib proqramı bitirdik.   Digər bir verilişdə dəvətli olanda “mən bütün misirliləri Azərbacana ziyarət etmək dəvət edirəm” dedim.  Misirli aparıcı jurnalist isə sual verdi ki  “Biz Azərbaycana niyə gedək ? “. Cavabım isə belə oldu ki, “Azərbaycanı görməyən dünyanın gözəlliklərini görməmiş kimidir”.  Bu suala olan cavabım çox saylı müzakirələrə səbəb oldu. Həmin  verlişə və digər diaspor faliyyətimə baxmaq istəsəniz məni Youtube kanalımda “Dr Sada Ali” izləyə bilərsiniz.

 

-Misirdəki azərbaycanlılar bir qayda olaraq hansı problemlərlə qarşılaşırlar və həmin problemlərin həllinə diaspor olaraq yardım göstərə bilirsinizmi?

-Xaricdə yaşayan vətəndaşlarımızın problemlərindən biri ailələrimizdən uzaqda olmağımızdır. Ona görə də biz mütəmadi olaraq daimi əlaqədəyik ki, bayramlarımızı, ad günlərimizi, anım günlərimizi bir böyük ailə kimi yiğışıb geyd edək. Digər problem sənəd, viza, qeydiyyat ola bilər ki,  onu da səfirliyimiz daim yoluna qoyur və buna görə səfirliyimizə böyük minnətdarlığımı bildirmək istəyirəm. Mən öz adımdan diaspora sədir müavini olaraq və bir xanım olaraq Misirdə yaşayan Azərbaycanlı xanımların və uşaqların butun problemlərinə öz köməyimi əsirgəmirəm.

Bizlərə diaspor olaraq dəstək verməyinizi də təqdir edirik. Xaricdə yaşayan bir azərbaycanlı olaraq sizin bizə dəstəyiniz və diqqətiniz çox önəmlidir.  Söhbətimizin sonunda Ümumi Liderimiz olan Heydər Əliyevin sözlərini xatırlamaq istəyirəm və demək istəyirəm ki “Vətən hec vaxt uzaqda deyil, Vətən hər zaman qəlbimizdədir”.

 

Süleyman İsmayılbəyli

Olaylar.az