Yeni WordPress Saytı

YAFEM 24 tədbirində erməni lobbisinə qarşı türk birliyi məsələsi qaldırılıb

20 ildən artıqdır ki, Türkiyənin YAFEM (Yalova Folklor Eyitim Mərkəzi) təşkilatının təşəbbüsü ilə Yalova şəhərində keçirilən Türk Boyları Kültür Şöləninin başlıca məqsədi məhz dürk dünyasının mənəvi-mədəni birliyini möhkəmləndirməkdən ibarətdir. Nöbvəti olaraq YAFEM 24. Türk Boyları Kültür Şöləni Yalovada 2021-ci ilin iyulun 16-dan başlayıb və iyulun 20-ə kimi keçiriləcək.

Tədbir çərçivəsində iyulun 18-də Türk dünyası jurnalistlərinin 15-ci görüşü olub. Türk dünyası jurnalistlərinin görüşündə Azərbaycan, Qazaxıstan, Şərqi Türküstan (Uyğur Muxtar Respublikası), Yunanıstanın Qərbi Trakya, Ukrayna, Suriya və İraq, Türkiyə-Kipr, Tatarıstan, Altay, Qaraçay – Çərkəz, Dağıstan-Noqaya, Əfqanıstan kimi ölkələrin nümayəndələrinin iştirakı ilə görüşündə Yaxın Şərqdən Qafqaza, Balkana qədər uzanan türk mədəni coğrafiyasının əsas problemləri, xüsusilə Avropa ölklərində türklərə edilən irqçi hücumlar, islamafobiya, türk dövlətlərində FETÖ varlığına son verilməsi, Qarabağda yeni prosesin Türkiyə və türk dünyası baxımından qiymətləndirilməsi, Kırım, İraq və Suriya türklərinin haqları və s. məsələlər müzakirə olunub.

Qarabağ məsələsi ilə bağlı onlayn müzakirənin təşkilatçısı və moderatoru Yalovada yaşayan soydaşımız, VOİCEPRESS.COM.TR Beynəlxalq xəbər və araşdırma mərkəzinin sədri Ülkər Fərmanqızı idi. O, türk dünyasını salamlayaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad etməyə müvəffəq olmuşdur: “Bu müharibə zamanı Azərbaycan dünya ictimaiyyətinə Ermənistanın nəinki işğalçı, terrorçu və separatçı olduğunu da sübut etdi. Qarabağ Zəfərinin səbəbi Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, Müzəffər Azərbaycan Ordusunun gücü və xalqın həmrəyliyi, qardaş Türkiyə ilə mövcud yüksək səviyyəli münasibətlərdir. Bu üç prinsipdən biri olmasaydı zəfər qazana bilməzdik. Azərbaycan işğala son verib, terrora qalib gəlib, regionda barış və sülh üçün əlindən gələnləri əsirgəmədiyini nümayiş etdirməyi bacardı. Amma beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın törətdiyi cinayətlərə qarşı səssiz qalmağa bu gün də davam edir. Beynəlxalq Tribunal qarşısında cavab verməsi gərəkən işğalçı Ermənistan bu gün də, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olmağa davam edir. Heç bir beynəlxalq təşkilat işğalçı Ermənistana qarşı sanksiya tətbiq etmək təklifi ilə belə, çıxış etmədi. Azərbaycanın yolu haqq yoludur! Regionda davamlı sülh və barış üçün canından və qanından keçən Azərbaycan, cinayətkarın beynəlxalq hüquq qarşısında məsuliyyət daşımasına da nail olacaqdır”.

Daha sonra Azrbaycandan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, jurnalist Fuad Hüseynzadə, millət vəkilləri Məlahət İbrahimqızı və Sahib Alıyev, keçmiş millət vəkili, professor Həvva Məmmədova çıxış etdilər.

Natiqlər Türkiyə ilə Azərbaycanın möhkəm dostluğundan bir çox dövlətlərin  rahatsız olmasından,  türk xalqarının hüquqlarının tapdalanmasından, erməni lobbisinin, əsasən də ANCA-nın anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətindən, Qarabağda son baş verənlərdən, xüsusən Şuşa Bəyənnaməsi,  Laçın və Zəngəzur dəhlizlərinin əhəmiyyətindən danışdılar.

Çıxışlarda  bütün dünyada qardaş Türkiyənin  diasporu ilə Azərbaycan diasporunun  birliyi, ümumiyyətlə, erməni lobbisinə qarşı türk xalqlarının diasporlarının həmrəyliyi, erməni terrorunun ifşa olunması, türk xalqarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə səsini duyurması strategiyasına da toxunuldu.

Türk dünyasının bu istiqamətdə fəaliyyətlərinin planlı və davamlı olması üçün jurnalist Fuad Hüseynzadə tərəfindən Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunun yaradılması təklif olundu. Bu təklif tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Jurnalist Ülkər Fərmanqızı Türk Xalqlarının Strateji Müdafiəsi Qurumunu daha əhatəli şəkildə olmasını önə sürərək, Türk Xalqlarının  və Türk Topluluklarının Hüquqlarının Müdafiəsi Mərkəzi adı altında qurumun yaradılmasının və təbliğatın son dərəcə effektli ola biləcəyini səsləndirdi.  

Sonda “Şuşanın dağları” mahnısı azərbaycanlı gənc Fərman Musazadə tərəfindən tarda ifa edildi.

Xatırladaq ki, artıq 5-ci ildir ki, Azərbaycan rəsmən bu tədbirdə iştirak edir və sonda qəbul olunan bəyannaməyə maddə ilə düşə bilir.

 

Vetenqehremanlari.az