Yeni WordPress Saytı

Azərbaycanda ən gənc İctimai Şura üzvü seçildi

Bu gün AR Gənclər və İdman Nazirliyi yanında İctimai Şura seçkilərində ADTGT təmsilçisi Hüseyn Əsgərli parlaq nəticə ilə Azərbaycanda bu təsisata seçilən ən gənc üzv oldu.
Hüseyn Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İdarə Heyətinin üzvüdür. 2001-ci il təvəllüdlü olan H.Əsgərli gənclər sahəsində bir çox milli və beynəlxalq layihə və tədbirlərin iştirakçısı və təşkilatçısı olub. 8 ölkədə gənclər mübadiləsi və inteqtasiyası proqramında fəal təmsil olunub. Xarici ölkədə ingilis dilində tibb ixtisası üzrə 4-cü kursda təhsil alır, 3 əcnəbi dildə sərbəst danışır.