Yeni WordPress Saytı

XALQIN GENERALI POLAD HƏŞİMOV

Tarix boyu Azərbaycan öz qəhrəmanları ilə tarixə şanlı hərflərlə öz imzasını atıb. Azərbaycan tarixi boyu çoxlu müharibələr görüb. Ərazi bütövlüyünü qorumaq və Ana Vətənini yağılardan qoruyaraq igid oğullar canlarından keçiblər. Bu oğullardan biri də general- mayor Polad Həşimovdur. Azərbaycanın Milli Qəhrəmanı Həzi Aslanov kimi döyüş zamanı səngərdə şəhid olan yeganə Azərbycan generalı Polad Həşimovdur. Mən sizə Polad Həşimovun həyatı barəsində danışmaq istəmirəm. Mən sizə onun döyüş meydanında əsgərləri ilə çiyin-çiyinə döyüşərək qəhrəmancasına şəhid olmağından danışmaq istəyirəm. O, təkcə əsgərləri ilə səngərdə deyil komandiri olduğu hərbi hissədə etdiklərindən danışmaq istəyirəm. Müdriklərdən biri demişdir ki, şəxsiyyət olmaq asanddır amma insan olmaq çətindir. Polad Həşimov təkcə general-mayor, komandir deyil, həm də gözəl insan idi. Əsgərləri ona komadir yox ata deyə müraciət edirdilər. Çünki, o əsgərlərinə ata kimi qayğı göstərib onların problemlərini həll edirdi. Onun əsgərləri sanki onun övladları idi. Napoleon Banopart deyirdi ki, əsil general səngərdə döyüş zamanı şücaət göstərərək ölməlidir. Polad Həşimov şəhadəti ilə tarixdə böyük bir qələbənin təməlini qoydu. Indi Qarabağ deyilən zaman Poladın adı yada düşür. Çünki, məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digər igid oğullarının qəhrəmanlığı sayəsində Qarabağ düşmən tapdağından azad olundu. İyul ayının 12-i 2020- ci ildə azğın düşmən yenidən yeni ərazilər iddiasına düşərək Tovuz rayonunu iri çaplı silahlardan və toplardan atəşə tutdular. Həmin gün general Polad Həşimov səngərdə əsgərləri ilə çiyin- çiyinə döyüşürdü. 4 gün çəkən döyüş zamanı igid generalımız iyul ayının 14-də qəhrəmancasına həlak oldu. Ölümünlədə tarixə qızıl həriflərlə Polad Həşimov adını yazdın. Azərbaycan xalqı sənin şəhadətindən sonra “Yolumuz Qarabağadır” şüarı altında küçələrə axışdı. Qəhrəmanlıq səlnaməsini sən yazdın cənab general. Səndən sonra igid oğulların düşməndən sənin və döyüş yoldaşlarının intiqamını layiqincə aldılar. Sənində qanın yerdə qalmadı, igid əsgərin Dövlət Cəbrayılzadə intiqamını aldı. Necə deyərlər, şir ürəkli və polad biləkli oğulların düşmənin başını əzdi. 28 illik əsarətə son qoyuldu.

İndi Polad Həşimov adı həm yaşlı, həm də gənc nəslin yaddaşına qəhrəman general kimi həkk olunub . Məzarın xalqının fəxarət yeridir. İndi böyükdən kiçiyə hər kəs sənin məzarını ziyarət edir.
Bir il keçməsinə baxmayaraq xalqın səni yad etdi. Məzarın önündə ağlayanda, şer deyəndə, fəxirlə qürurlananlarda sənin haqqında xoş sözlər deyənlər də oldu. Qəhrəmana layiq fəxarətlə anıldın. Xalqın səni və silahdaşlarını, tarix yazan oğullarını unutmadı. O, gün hamımız bir nəfər kimi Polad, İlqar və Şükür olduq. Hər kəs o gün fəxirlə anan Səmayə ananın əllərindən öpdü. Sən həmin gün Xalqın qəhrəman generalı idin. Onlarda səni unutmadılar. Yoxluğuna üzülən anan Səmayə ana və övladların oldu. Necəki alqışlarla son mənzilə yola salındın eləcə də alqışlarlada anıldın. Bu xalq səni və tarix yazan qəhrəmanlarını unutmayacaq, cənab general.
Rahat yat generalım, bir zamanlar Lələtəpəyə sancdığın 3 rəngli şanlı Azərbaycan bayrağın indi Qarabağda dalğalanır. İndi hər kəs Polad Həşimovun qəhrəmanlığından ağız dolusu danışır.
Başını dik tut Səmayə ana, indi hər kəs sənin övladındır. İndi hər kəs sənə minnətdardır. Çünki sən Polad kimi oğulu dünyaya gətirmisən. İndi sən təkcə Polad Həşimovun deyil, bütün Azərbaycan xalqının anasısan. Hər kəs sənə və Poladına borcludur. Ona görə ki, Qarabağ Azərbaycandır səlnaməsinin şanlı qələbəsinin təməlini məhz sənin oğlun Polad Həşimov qoydu.

Hazırladı: Ənvər Məmmədov