Yeni WordPress Saytı

YENİLMƏZ GENERAL

Xalqımızın igid, qəhrəman oğlu general Həşimov Polad İsrail oğlu 1975- ci il yanvarın 2- də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. O, ilk təhsilini 1982- ci ildə Sumqayıt şəhərində almışdır. O, ilk təhsilini 1982- ci ildə Sumqayıt şəhərində almışdır. Daha sonra təhsilini 1988- ci ildə M.Müşfiq adına təhsil ocağında davam etdirmiş və 1992- ci ildə oranı bitirmişdir. 1992- ci il Vətənimizin ağır günlərində Qarabağ müharibəsi zamanı Polad hərbiçi olmaq qərarına gəldi. O, sənədlərini H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə vermişdi.Sonra Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə qəbul olan Polad Həşimov oranı “Motoatıcı” ixtisası üzrə bitirmişdir. O, silahlı qüvvələrin hərbi Akademiyasına daxil olmuş və 2016 ci ildə hərbi idarəetmə üzrə magistr dərəcəsi almışdır.
Polad 2016-ci ilin aprel döyüşlərində əsgərləri ilə birlikdə çiyin-çiyinə vuruşmuşdu. Hərbi xidməti dövründə verilmiş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli sərəncamına əsasən 3- cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
O, 2019- cu il iyunun 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1286 nömrəli sərəncamına əsasən P.Həşimova “General- Mayor” ali hərbi rütbəsi verilmişdir.
2020- ci il iyulun 12- də günorta saatlarında erməni silahlı qüvvələrinin bölmələri Tovuz rayonu ərazisində dövlət sərhəd xidmətinin mövqelərini artileriya qurğularından atəşə tutub. Polad Həşimov həmin döyüşlər zamanı öz əsgərləri ilə birlikdə şücaət göstərərək qəhrəmancasına şəhid olub.
Üzərindən 1 il keçməsinə baxmayaraq xalqımız hələ də öz igid, qəhrəman və yenilməz generalını unutmur.Təkcə iyul ayında deyil, Polad Həşimov və onun döyüş yoldaşlarının məzarı önünə gedib oranı ziyarət edirlər.


Bu gün, 15 iyul 2021- ci il tarixində Sumqayıt şəhərində “Qərb Sarayı” adlı məkanda generalımızın ildönümü keçirildi. Anım günündə generalımızı yad etməyə gələnlər sırasında dövlət adamları, millət vəkilləri, hərbiçilər və bir sıra sənət adamları var idi. Onların hamısı Səmayə ananın yanına gələrək ona dərin hörmət və ehtiramlarını bildirirdilər.
“Vətən Qəhrəmanları” saytı olaraq komandamızla bərabər bizdə özümüzə borc bidik ki, həmin mərasimdə iştrak edək. Bu anım günündə Səmayə anamızın yanında olub, ona dayağ olaq.
Orada olan hər kəs Polad Həşimovun xeyirxah bir insan, layiqli bir övlad, şücaətli, qayğıkeş komandir, gözəl ata kimi xatırlayıb xoş sözlər deyirdilər.
Səmayə ana! Fəxr etməlisən ki, sənin Polad kimi əyilməz, yenilməz bir oğlun var və bu oğlun sayəsində Qarabağ düşməndən azad olunub!
Rahat uyu, generalım! Artıq Qarabağ ermənilərin deyil, Azərbaycanındır! Onu Polad ürəkli, dəmir biləkli, Azərbaycan oğulları düşməndən azad etdi. Nə qədər tarix var, nə qədər Azərbaycan var Polad Həşimov, İlqar Mirzəyev və digər qəhrəman oğullar xalqımız tərəfindən xatırlanacaq və yad olunacaq.

Hazırladı: Gülnar Ələsgərova