Yeni WordPress Saytı

Buta Gənclər Klubunun idmançısı növbəti dəfə qalibiyyət kürsüsündə

 

12-14 iyul tarixlərində Lerikdə Qocyu-ryu karate-do və kempo idman növləri üzrə açıq havada respublika turniri keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi ilə Qocyu-Ryu Karate-Do və Kempo-Kobudo İdman Növləri Federasiyası tərəfindən birgə təşkil edilib.
Turnirdə Sumqayıtdakı Buta Gənclər Klubunun idmançıları da yarışaraq medallar qazanıblar. Bu nəticə ilə Buta Gənclər Klubu bütün komandaları üstələyərək öndə olub. Klubun yetirməsi olan Nuray İbadova bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Bütün qaliblər diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, Sumqayıt şəhəri 24 saylı tam orta məktəbin 7-ci sinif şagirdi olan
Nurayın İbadovanın karate müəllimi Buta Gənclər Klubunun rəhbəri Pərviz Quliyevdir. Pandemiyaya baxmayaraq Nuray müəllimi ilə yarışlara ciddi hazırlaşır. O, artıq bu il üçüncü dəfədir ki, idmançı olaraq qalibiyyət kürsüsünə çıxır.

Vetenqehremanlari.az