Yeni WordPress Saytı

İordaniyalı jurnalistlərə Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilib

Azərbaycanın İordaniyadakı səfirliyində bu ölkənin rəsmi KİV nümayəndələri ilə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, jurnalistlərə iki dost ölkə arasında əlaqələrin tarixi və perspektivləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, İordaniya ilə Azərbaycanın kənd təsərrüfatı, turizm və digər sahələrdə böyük əməkdaşlıq potensialı mövcuddur.
Səfir Eldar Səlimov iordaniyalı jurnalistləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan geniş bərpa-quruculuq işləri haqqında da məlumatlandırıb. O, həmçinin iyulun 1-də Prezident İlham Əliyevin açılışını etdiyi Ələt Azad İqtisadi Zonasının da qlobal ticarətdə əhəmiyyətindən bəhs edib.
Görüşdə İordaniya mətbuatında Azərbaycan həqiqətləri barədə daha çox xəbər və məqalələrin yayımlanması barədə fikir mübadiləsi də aparılıb.