Yeni WordPress Saytı

Millət vəkili Qənirə Paşayeva diaspor rəhbəri ilə görüşüb

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımovla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatı İdarə Heyətinin sədri Tərlan Qasımovla görüşüb.
Diaspor rəhbəri Arxangelskdə həmvətənlərimizin iştirakı ilə həyata keçirilən mədəniyyətyönümlü layihələr, o cümlədən Arxangelsk şəhərindəki Azərbaycan Ticarət Evi nəzdində təşkil olunacaq Azərbaycan mədəniyyəti muzeyi, daimi sərgi, eləcə də, Diaspor təşkilatının nəşrləri barədə məlumat verib.
Komitə sədri görülən işlərdən məmnun olduğunu bildirərək, Arxangelskdəki Diaspor təşkilatı fəallarının timsalında həmvətənlərimizə salam-sayğılarını yetirib.
Tərlan Qasımov rəhbərlik etdiyi təşkilatın nəşr etdiyi kitabı Komitə sədrinə təqdim edib.
Komitə sədri diaspor rəhbərinə dekorativ-tətbiqi sənət nümunəsi – əl işi olan “Xarı bülbül” hədiyyə edib.