Yeni WordPress Saytı

Şəki-Zaqatalada Aİ-nin layihəsi başa çatıb

 

2 iyul 2021-ci il – 2 iyul 2021-ci il tarixində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən “ABAD” publik hüquqi şəxsi ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.

Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar.

2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarətin əsasları kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.

200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 22-si qadınlar tərəfindən idarə olunur. O cümlədən, 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə “ABAD” etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.

Qeyd edilməlidir ki, tədbir çərçivəsində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Həmçinin, qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə yerində tanış olublar.

“Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa, BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdilir. Layihə BMTİP tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.

 

 

 

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən BMT-nin İnkişaf Proqramının “ABAD” publik hüquqi şəxsi ilə birgə icra edilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış mərasimi olub.

APA-nın xəbərinə görə, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT İP-in rəhbəri Alessandro Frakassetti, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Ə.Usubov bildirib ki, Şəki- Zaqatala iqtisadi zonasını əhatə edən layihə 2017-ci ildən başlayıb. Layihə çərçivəsində kiçik ailə bizneslərinə dəstək verilib.

İcra Hakimiyyətinin başçısı Şəkinin tarixi barədə də danışaraq bildirib ki, 2017-ci ildə Şəki UNESCO-nun “yaradıcı şəhərlər” siyahısına daxil edilib, 2019-cu ildə Şəki Xan Sarayı və onun ətrafındakı abidələr beynəlxlaq qurumun irs siyahısına daxil edilib.
“Biz belə layihələrin gələcəkdə də davam etdirilməsinin tərəfdarıyıq. Bu layihələr regionların sosial iqtisadi inkişafına töhfə verir”, – deyə Elxan Usubov vurğulayıb.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, bu layihə Aİ-nin Azərbaycanda maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Aİ səfiri layihənin reallaşdırılmasında “ABAD” və BMTİP-in dəstəyini qeyd edib.

“Azərbaycan və Aİ tərəfdaşdır. Biz Azərbaycanın inkişafında, bu ölkənin dayanıqlı, rifah ölkə olmasında marqalıyıq. İnkişaf bölhgələri də əhatə etməlidir ki, burada yaşayan insanlar da faydalansınlar.

Aİ bir çox insanlar üçün keyfiyyət anlamını daşıyır. Biz Azərbaycanın ən gözəl regionlarından birində və Azərbaycanın iki brendi ilə – ASAN və ABAD-la bərabər bu layihənin icrasını həyata keçirdik. Biz ortaya keyfiyyətli məhsul qoyduq. Regionları dəsətkləməli, tanıtmalıyıq ki, xarici turistlər bu regiona gəlsin, bura ilə tanış olsunlar”, – Kestutis Yankauskas vurğulayıb.

Onun sözlərinə görə, artıq 4 ildir ki, Azərbaycandadır. “Bir müddət sonra bu ölkəni tərk edəcəm. Gələcəyə, inkişafa yönəlmiş bir ölkəni tərk edib gedirəm”.
Səfir bildirib ki, Aİ Azərbaycanda yeni layihələrə təkan verəcək, artıq Brüsseldən yeni lahiyələrlə bağlı fikirlər gəlir. K.Yankauskas deyib ki, bu layihələr regional inkişaf, ətraf mühitin qorunması, rəqəmsal inkişafla bağlıdır.

BMTİP-nin əlaqləndiricisi A. Frakassettii bildirib ki, bu layihə Azərbaycanda sosial iqtisadi inkişafa yönəlib: “Bu layihə inkluziv artıma, dayanıqlığa yönəldiyi üçün bizim hədəflərimizlə üst-üstə düşür. BMTİP Azərbaycanda 25 layihə icra edib ki, bu layihə Aİ-nin maliyyə dəstəyi verdiyi 6 layihədən biridir”.

A. Frakassettii deyib ki, layihə sadə deyil, onun mühüm xüsusiyyətləri var: “Benefitsiarlarla görüşdə də bunun şahidi olacaqsız. Layihə birbaşa insanlara, ailələrə yönəlib, onların bazara çıxışını təmin edib, bu insanlar öz bizneslərini inkişaf etdirib, gəlilərini artırıblar”.

O qeyd edib ki, 44 ailə birbaşa bu layihədən faydalanıb. Onlar təlimlərə qatılıb, biliklər qazanıb, dəstək alıblar.

Daha sonra ABAD publik hüquqi direktoru çıxış edib. O ABAD-ın Aİ və BMTİP-lə borgə rellaşdırdığı layihələrdən, insanların bu layihələrdən götürdüyü fayda barədə danışıb.

Qeyd edək ki, 2017- ci ildən başlayan layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib. 200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı ilə olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatıdan 22-si qadınlar tərəfindən idarə olunur. O cümlədən 12-si məcburi köçkünlər tərəfindən reallaşdırılır.