Yeni WordPress Saytı

ƏVƏZOLUNMAZ İNSAN MƏHƏRRƏM BƏDİRZADƏ HAQQINDA TƏLƏBƏSİNİN XATİRƏLƏRİ

Əvvəla, onu deyim ki, Məhərrəm müəllim haqqında yazmaq mənim üçün həm çətin, həm də şərəflidir. Niyə çətin, çünki, mən o insanın ölümünü hələ indiyə qədər qəbullarda bilmirəm. Bir müdrik söz var gözəl insanlar öldüyü zaman daima gözəl xatirələrlə xatırlanır. Bəli, mənim də Məhərrəm müəllim haqqında xatirələrim çoxdur. Mən əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadəylə tanışlığım İncəsənət universitetində oxuduğum zamandan başlayır. Mən Məhərrəm müəllimlə görüşdüyünü zaman dediyi bir söz indiyə qədər qulağımda sırğa olaraq qalır: Çalışacam heç kimə pislik etmə, insanlıq və yaxşılıq et ki, Hər kəsin yanında hörmətin artsın. Mən hörməti və işi ondan öyrənmişəm. Onun bir gözəl xüsusiyyəti var idi. Kimliyindən asılı olmayaraq hər kəsə qiymət verməyi bacarırdı. Mən gənc olmağıma baxmayaraq məni hər kəsin yanında tərifləyirdi. Məhərrəm müəllim təkcə aktyorlara qarşı yox, öz tələbələrinə qarşıda qayğıkeş və yardım sevər idi. Onlara təkcə rejissorluğu öyrətmirdi həmdə yeri gələndə onların arxasında dayanırdı. O, tələbələri ilə fəxr edirdi. Hər zaman hər hansısa bir tələbəsinin uğurunu görəndə uşağ kimi sevinərdi. Heç yadımdan çıxmaz bir gün Məhərrəm müəllimə dedim ki, bir qısametrajlı film çəkmək istəyirəm. O zaman mən AzTV – nin Akademiyasında təhsil alırdım Məhərrəm müəllimdən mənim müəllimim idi. O, mənə dedi ki, Ənvər oğlum sənin həm qələmin həmdə fantaziyan güclüdür. Get çək, mən sənə güvənirəm nədəsə çətinliyi olsa de mənə kömək edim. Əlbəttə ki, onun xeyir duası dediyi sözlər mənə daha da ruh verirdi. Mən filmi çəkib bitirdim. Məhərrəm müəllimə göstərdiyim an o, Filmə diqqətlə baxdı və hətta gözləri yaşardı. Filmdəki bəzi nöqsanlarımıda mənə izah etdi. Amma elə bir izah etdi ki, heç kimin xətrinə dəymədi. Ümumiyyətlə Məhərrəm müəllim heç kim xətrinə dəymirdi. Bu xüsusiyyət hər insanda yoxdur. Amma Məhərrəm müəllim bunu bacarırdı. Dostlarıyla da münasibəti çox gözəl idi. Çalışırdı ki, dostlarına kömək etsin. Hətta işlədiyi aktyorlarıda unutmurdu. Ənvər Seyidovun “ Taleh yolları” adlı 6 seriyadan ibarət serial çəkirdi. Rol bölgüsü zamanı gənc aktyorlarada rollar verirdi. Rol verdiyi aktyorlarada qarşı qayğıkeş davranırdı. Bir səhvləri olduğu zaman onlara o səhvi qəlblərini qırmadan izah edirdi.

Aktyorlarda onunla işləməkdən zövq alırdılar. İşlədiyi layihələrdə dostlarınıdı unutmurdu. Çalışırdı onlara da rol versin. Nahidə Orucova, Elnar Qarayev, Müdhət Aydın və digər aktyorlarla dostluğu edir, onlara hörmət bəsləyirdi. Dostlarıda ona hörmət edir, onun xətrini çox istəyirdilər. Onun dediyi söz onlar üçün qanun idi. Dediyi heç bir sözdən incimirdilər. Məhərrəm müəllim ailəcanlı insan idi. Ailəsi ilə nəvə və nəticələri ilə vaxt keçirməyi çox sevirdi. Məhərrəm müəllim Vətənini sevən bir insan idi . Heç yadımdan çıxmaz bor jurnalist dostum Vətən müharibəsi zamanı ondan müsahibə alan zaman Məhərrəm müəllim biz qələbə qazanacağıq mən buna inanıram sözünü dedi. Hətta Ali Baş Komandanın uğurlu siyasətini və Azərbaycan Ordusunun şücaiətindən ağız dolusu danışdı. Deyirdi ki, prezidentin dabışanda gözlərim fərəhlə dolur, müsahibələrdə verdiyi cavab zamanı fərəhlənirəm. Mən özümdə sıravi əsgərimiz hətta yaşımın bu vaxtında lazım olsa döyüşdə gedib döyüşməyə hazıram. Təki torpağlarımızın işğaldan azad olunsun. Onun bir arzusu var idi ki, işğaldan azad olunan torpağlarımıza gedib orda film və tədbirlər çəksin. Məhərrəm müəllim təkcə gözəl insan, gözəl dost, gözəl ailə başçısı və işini bilən sözün əsil mənasında Sənətkar idi. Onu AzTV – də 50- dən çox televiziya tamaşaları, 10- dan çox serialları və 500- dən çox verliş və layihələrin müəllifidir. O,elə bir insan idi ki, ölümü də anidən oldu. Ölümü hər kəsi üzdü. Həmin gün Məhərrəm müəllimi sevənlər onun ölümünə üzüldülər. Sözün əsil mənasında bu dünya həm bir Sənətkarı həm də gözəl bir insanı itirdi. Ondan geriyə qalanlar isə çəkdikləri filmlər, televiziya tamaşaları və xoş xatirələr qaldı: “Gəl qohum olaq “ , “Qaynana əməliyyatı “, “Mən sənin dayınam”, “ Bağdada putyovka var”, “Gəlinlər “, “ Sonuncu şahid”, “Təlatüm”, “Yol yoldaşları” , “ Mənim üçün Varsan”, “Gürzə”, “Ünvansız eşq”, “ Müdafiə vəkillərinin hekayəti”, “Səni axtarırıq”, “Dələduzlar”, “Zirvə yolunun xoşbəxt adamı”, “ Səviyyə dərsi”, “Qırmızı kərpicli evin tanrısı”. Məhərrəm müəllim daima qəlblərimizdə yaşayacaq.

Ənvər Məmmədov