Yeni WordPress Saytı

Kazanlılar ilk dəfə XIX–XX əsr Azərbaycan xalçalarının kolleksiyasını görəcəklər

 

İyulun 8-də “Kazan Kremli”n muzey-qoruğunda “Xalça sənəti-mənaların təkamülü” adlı sərgi açılacaq. Tatarıstanda Azərbaycan milli xalça muzeyinin eksponatları ilk dəfə nümayiş olunacaq. Bu barədə muzey-qoruğun mətbuat xidməti məlumat yayıb.
Hər bir eksponat XIX–XX əsrlərin hər hansı regional ənənəsinin ornamentinin, koloritinin və texniki üsullarının nümunəsidir.
Geniş miqyaslı sərgi Bakı Muzeyindən bir çox eksponatları özündə cəmləşdirəcək və tatarıstanlılara Azərbaycan xalçaçılıq sənətini nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Özü də bu istiqamət bu gün də çiçəklənir, yeni yanaşmalarla durmadan zənginləşir, lakin qədim ənənələri itirmir. Məsələn, sərgidə müasir müəllif Çingiz Babayevin yaradıcılıq təxəllüsü ilə işləyən əsərləri də təqdim olunacaq.
Sərgidə, həmçinin, CHİNGİZ-in tamaşaçıları ilə yaradıcılıq prosesinin sirrlərini bölüşəcəyi sənədli film təqdim olunacaq, ənənəvi xalçanın fəlsəfəsi və müasir oxuması barədə məlumat veriləcəkdir.
Sərginin açılışında layihənin kuratoru, Azərbaycan milli xalça muzeyinin direktoru Şirin Məlikova, müasir xalçaların müəllifi Çingiz Babayevin iştirakı nəzərdə tutulur.