Yeni WordPress Saytı

Rusiyada tanınmış diaspor üzvü dünyasını dəyişib

Rusiya Azərbaycanlıları İttifaqının İdarə Heyətinin üzvü, Rusiya Azərbaycanlıları İttifaqının Kalininqrad şöbəsinin rəhbəri, tanınmış diaspor fəalı Tofiq Rzayev dünyasını dəyişib.
Bu haqda Rusiya Azərbaycanlıları İttifaqı koordinasiya şurası məlumat yayıb.
Məlumatda deyilir: “Tofiq Rzayev 1951-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Peşə karyerasına Bakıdan başlamış həmyerlimiz Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışmışdır. O, Bakıda Elm Assosasiyasının vitse-prezidenti olmuş, bir müddət Milli Məclisdə çalışmış, daha sonra ömrünün axırına kimi Rusiyanın Kalininqrad vilayətində davam etdirmişdir. Kalininqrad vilayətinin qubernatorunun köməkçisi olmuş, Vilayət Dumasında çalışmış və bu dövət qulluğu sahəsində mükafatlara layiq görülmüşdür.
T.Rzayev Kalininqrad ticarət-sənaye palatasının üzvü olmuşdur. O Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən Azərbaycanla Rusiya arasında biznes əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə fəxri fərmanla mükafatlandırılmışdır.
T.Rzayev Kalininqrad vilayətində fəaliyyət göstərmiş Ümumrusiya Azərbaycan Konqresinin yerli bölməsinin rəhbəri olmuşdur. Sovetlər İttifaqının vitse-admiralı olmuş Həmid İsrafilbəyovun Kalininqrad vilayətində xatirəsinin əbədiləşdirilməsində vətənpərvər həmyerlimiz T.Rzayev təşəbbüs göstərmiş və bu layihənin reallaşması üçün ciddi səylər göstərmişdir.
Tofiq Rzayevin əziz xatirəsi onu tanıyanların və dostlarının yaddaşında əbədi qalacqdır.
Allah rəhmət etsin”.