Yeni WordPress Saytı

Orenburqdakı soydaşımız şəhid ailələrinə dəstək göstərib

44 günlük Vətən müharibəsi dünya azərbaycanlılarını yumruq kimi birləşdirdi. İstər müharibə zamanı, istərsə müharibədən sonra xaricdəki soydaşlarımız da Vətənə maddi və mənəvi dəstəklərini əsirgəmədilər. Belə vətənpərvər soydaşlarımızdan biri də Orenburq Azərbaycanlılarının yerli milli-mədəni muxtariyyətinin sədri Yaşar Məsimovdur. Rusiyanın Orenburq şəhərində yaşayan və aktiv diaspor fəaliyyəti ilə məşğul olan Yaşar Məsimov mütəmadi olaraq yerli xalqa, eləcə də Vətəndəki qazilərə və şəhid ailələrinə maddi yardımlar edir. Xeyriyyəçiliyi vətənpərvəlik işi bilən Yaşar Məsimovun maliyyə dəstəyi bu günlərdə 3 şəhidin-Soltanlı Şahmar Qinyaz oğlu, Xəlilov Namiq İlyas oğlu, Bədəlov Oktay Ələddin oğlunun ailəsinə soyuducu verilib. Soyuducuları şəhid ailələrinə Yaşar Məsimovun adından Qarabağ qazisi Namiq Əliyev və şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov təhvil veriblər.
Hər üç şəhidin ailə üzvləri göstərilən bu diqqət və qayğıya görə Yaşar Məsimova təşəkkürlərini bildiriblər.
Bütün bunlarla yanaşı, Yaşar Məsimov adından qazilərimizə qurbanlıq heyvanlar kəsilib paylanılıb. Qazilərimiz də bu xeyriyyə əməlinə görə Yaşar Məsimova təşəkkür ediblər.

Vetenqehremanlari.az