Yeni WordPress Saytı

Tatarıstanın “Neft xəbərləri” qəzetində diasporumuzun fəaliyyətindən bəhs olunub

 

Tatarıstanın “Neft xəbərləri” qəzetində “Gələcəyə birlikdə” sərlövhəli yazıda diasporumuzun fəaliyyətindən bəhs olunub. Yazıda qeyd edilib ki, Leninoqorskda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Regionlararası Forumu çərçivəsində “Dostluq xiyabanı”nın təməlqoyma mərasimi keçirilmiş, daha sonra “Tatarıstan-Azərbaycan Dostluq Körpüsü” elmi — praktiki konfransı keçirilmişdir: “Tədbir Böyük Vətən müharibəsi qəhrəmanlarının abidəsi önünə gül dəstələri qoymaqla başlayıb.
Sonra Leninoqorsk meri Ryaqat Hüsainovun RAGT-nın məsul katibi Ceyhun Hüseynov, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev, Azərbaycanda “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov və başqaları ilə görüşü olmuşdur.
Ekologiya, gənclər ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti “Dostluq” parkına yola düşüb. Tədbirdə ağac əkilib və “Dostluq xiyabanı” yaradılıb. Səfərin növbəti hissəsi unikal neft Muzeyini ziyarət oldu. Tatarıstanda neft hasilatının mərhələlərini mənbədən müasirliyə qədər əks etdirən ekspozisiya qonaqlara unudulmaz təsir bağışladı.
Tədbir “Tatarıstan” Birliyi və yerli “Birlik” təşkilatı, Leninoqorsk Bələdiyyə Administrasiyasının və Rossotrudniçestvo nümayəndəliyinin dəstəyi ilə təşkil edilib”.

Yazıda daha sonra bildirilib ki, “Tatarıstan-Azərbaycan Dostluq Körpüsü” elmi — praktiki konfransı günün əsas hadisəsi oldu: “Tədbirdə Leninoqorsk rayonundan və Tatarıstanın digər bölgələrindən olan Azərbaycan diasporunun veteranları, neftçiləri, gənc və yaşlı nəsli iştirak etmişdir.
“Yarım əsrdən çox vaxt keçib, lakin Leninoqorsk rayonunun sakinləri Tatarıstanın neft hasilatının inkişafına Bakı neftçilərinin çox böyük töhfələrini xatırlayır, onlara hörmət edir və qiymətləndirirlər. Bu, bizim hamımız üçün çox vacib və əhəmiyyətlidir”, — deyə ictimai xadim Emin Ramazanov qeyd edib.
Konfrans öz məqsədlərinə nail oldu: Tatarıstan ilə Azərbaycanın tarixi əlaqəsini möhkəmləndirmək və birgə Dost gələcək üçün planlar hazırlamaq. Xüsusilə, televiziya verilişlərinin birgə silsiləsinin həyata keçirilməsi planlaşdırılır”.

Vetenqehremanlari.az