Yeni WordPress Saytı

BİR GƏNCİN ŞANLI QƏLƏBƏMİZ HAQQINDA QƏLƏMƏ ALDIQLARI

Azərbaycan, nələr çəkmiş başın sənin?

Nə qədimdir yaşın sənin?

Dəmirqapı Dərbənddən Təbrizə qədər olan Vətənim. Tarix boyu Azərbaycan yadellilərin bir sıra işğalçılıq siyasətinə məruz qalmışdır. Azərbaycan hər zaman öz ərazi bütövlüyünü qoruyub saxlamaq üçün bir sıra müharibələr aparmışdır. Tarixə nəzər salsaq görə bilərik ki, Rusiya və İran arasında gedən müharibələr nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay ( 1828) – ci illərdə bağlanan sülh müqavilələri Azərbaycan torpağlarını 2 hissəyə parçalayaraq Şimali və Cənubi Azərbaycan anlayışlarını meydana gətirmişdir. Türkmənçay müqaviləsindən sonra Azərbaycan ərazisinə xüsusilə İrəvan bölgəsinə Ermənilərin köçürülməsi başlanıldı. Bundan sonra Azərbaycan Rusiyanın və Ermənistanın müharibə və soyqırımlarına məruz qaldı.
1918- ci ildə Erməni Daşnaktüstün partiyası Azərbaycanlılara qarşı Şamaxıda, Qubada, Salyanda, Bakıda vəhşi soyqırımlarını törətmişlər. Mart soyqırımı nəticəsində 12000 dən çox Azərbaycanlı öldürülmüşdür. Bununla, kifayətlənməyən Erməni daşnaqları 1992- ci il “XX” əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımını, 1993- cü il Qarabağ müharibəsini törətmişdilər Şuşanı, Kəlbəcərin, Laçının Cəbrayılın Zəngilanın işğalı hər birimiz üçün dözülməz bir zərbə oldu. Torpaqlarımızın 20 %-nin düşmən əsarəti altında olmağı bizim hər birimiz üçün qəbul edilməz bir hal idi. Hər il işğal günü qeyd edildikdə öz doğma yurdlarından didərgin düşərək gəlmiş insanın qəlblərindəki Vətən ağrısı acısı göz qabağında idi. İllər keçsədə biz Qarabağın düşmən tapdağından azad olunacağı günün ümidi ilə yaşayırdığ. Nəhayət o gün gəldi..
Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində və Azərbaycanın Rəşadətli Ordusu şəhidlər verərək 28 ildən sonra Qarabağımızı azad etdilər.
Bu şəhidlər kimlər idi?
Ağlaya-ağlaya erməni vandallarından xilas olaraq kamazın içində gələn uşaqlar 28 ildən sonra böyüyərək tank belində gəlib intiqamlarını düşməndən aldılar. 44 günlük müharibə zamanı Rəşadətli Azərbaycan Ordusu dəmir yumuruğun gücünü bütün dünyaya sübut etdi. Azərbaycan təkcə gücü ilə deyil humanizmliyi ilə də dünyaya bir daha göstərdi. Kəlbcərin geri qaytarılması ilə bağlı mənfur düşmənə 10 gün müddətində zaman verilmişdi. Ancaq erməni vandalları Kəlbəcər əhalisinin sıldırım qayadan ataraq qocalatı yerində gülləliyərək məhv etmişdilər.
Torpağlarımızın bir- bir düşmən tapfağından azad olunmasını, Cənab prezident şəxsən özü sevinc qürur hissi ilə bildirirdi. 8 noyabr Şuşanın işğaldan azad olunduğu günü Ali Baş Komandan hərbi formada ata vəsiyyətinin yerinə yetirdiyini qeyd edərək “Şuşa sən azadsan” şüarını xalqımıza çatdırdı. Şuşa artıq azad idi. Şuşa öz azadlığını may ayında təntənəli şəkildə keçirilmiş Xarı Bülbül festivalında göstərdi.
Biz bugün ki, gün gözəl Qarabağımızın azad olunmasına görə Rəşadətli Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlığlarına borcluyuq.

Gülnar Ələsgərova