Yeni WordPress Saytı

SƏHNƏMİZİN NAHİDƏSİ HAQQINDA BİR GƏNCİN ETİRAFI

Mən bu məqaləni yazdığım zaman məqaləyə qoyduğum adı düşündüm. Əslində ağlımdan bu insanla bağlı çox adlar keçdi: Gözəl ana, gözəl dost, gözəl sənətkar və ən əsası gözəl insan. Bəlkə də hər kəs öz işinin peşəkarıdır. Amma hər kəs gözəl insan ola bilməz. Müdriklərdən biri deyirdi ki, Şəxsiyyət olmaq asanddır amma insan olmaq çətindir. Çünki, Hər kəs şəxsiyyət ola bilər amma insan ola bilməz. Amma haqqında bəs edəcəyim insan həm şəxsiyyət həm sənətkar həmdə insandır. Bu gün məqaləmin qəhrəmanı Əməkdar artist hər kəsin sevimlisi gülərüz insan Nahidə Orucovadır. Bəlkə də çoxlarınız onu aktrisa kimi yaxşı tanıyırsız. Çünki o ifa etdiyi obrazlara həqiqətəndə can verib onları yaşayaraq oynayıb. Bəzilərində ağladıb, bəzilərində güldürüb, bəzilərində isə insanı ona zaldan baxan tamaşaçıları düşündürüb. Mənim tanıdığım Nahidə Orucova isə mənim gözümdə və qəlbimdə tam başqa biridir. Səbəb isə çox asanddır. Çünki Nahidə xanım hər bir insanla fərqli davranır.

Mən Nahidə xanımı aktrisa kimi yaxşı tanıyırdım. Amma onu daha yaxından tanımırdım. Onu mənimlə müəllimim rejissor Məhərrəm Bədirzadə tanış etmişdir. Biz o vaxt Məhərrəm müəllimlə AzTV də Ənvər Seyidovun “ Taleh yolları” adlı televiziya filmini çəkirdik. Baş qəhrəmanın anası rolunu Məhərrəm müəllim tərəddüdsüz olaraq Nahidə xanıma həvalə etdi. Nahidə xanımda öz növbəsində ona həvalə olunan rolun öhdəsindən ustalıqla gəldi. Mən o zaman Nahidə xanıma heyran oldum. Çünki setdə hər kəslə mülayim danışırdı bir nöqsan olanda isə “ İşdi iş zamanı belə şeylər olur “ deyə gülümsəyərək deyirdi. Daha sonra Nahidə xanımla yaxından dostlaşdığ. Hətta sizə onun bir xüsusiyyətinidə deyəcəm. Nahidə xanım Vətənini sevən ona bağlı olan bir insandır. 2 – ci Qarabağ müharibəsi zamanı rəfiqələri birləşərək cəbhədə döyüşən əsgərlərimizə yardım göndərirdi. Mən bir ondan soruşanda ki, niyə axı bu hər dəfə edirsən: Deyirdi ki, sənin kimi orda döyüşənlərdə mənim balalarımdı. Nahidə xanım bu cür gözəl Vətənpərvər aktrisadır.


Mən bayaq boş yerə demədim ki, Nahidə Orucova oynadığı obrazlara öz imzasını atmış illərin sənətkatıdır. O, 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirmişdir. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışmışdır. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak etmişdir. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist – vokalist» vəzifəsinə təyin olunmuşdur. Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım, Ramiz Musafayev, Cahangir Məmmədov «Məsmə xala dayımdır»da katibə, Emin Sabitoğlu, Rüfət Əhmədzadə “Hələlik”də Lalə, Emin Sabitoğlu, Xalidə Hasilova «Nəğməli Könül»də Qəmər xanım, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Zuzu xanım, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Özümüz bilərik»də Nailə xanım, Ü. Hacıbəyli “Ər və arvad”da Minnət xanım, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Çiçək xanım, Vasif Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»da Nazlı Qəmzəli, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Milyonçunun dilənçi oğlun”da Kübar qadın və Mələk, Üzeyir Hacıbəyli “O olmasın bu olsun”da Sənəm, Ramiz Mirişli , Marat Haqverdiyev “Qısqnc ürəklər”də Natella, Faiq Sücəddinov, Tamara Vəliyeva “Mən dəyərəm min cavana”da Sevda, Cavanşir Quliyev, Qeybulla Rəsulov “Məhəbbət oyunu”nda Gülcahan, Rauf Hacıyev “Talelər qovuşanda”da Nazpəri, İmre Kalman “İdialı qaraçı”da Qrafinya İrini, Üzeyir Hacıbəyli “Arşın mal alan”da Cahan xala, Viktor Dolidze, Akvsenti Saqarelli “Xanuma”da Tekle və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalmışdır. “Asif, Vasif, Ağasif” (1983) Musiqi müəlliməsi, “Ayrılıq imiş” ( 2008) Xidmətçi, ” Biz qayıdacağıq” ( 2007) Həkim, “Xüsusi vəziyyət” (1986) Şikayətçi, “Kişiləri qoruyun” (2006) Rübabə, “Qız qalası” (2000), “Qızlar” (2007) Sədaqət, “Moskva-Bakı qatarı” (2005) Satıcı, “Nə gözəldir bu dünya… (1999) Asim Əliyeviçin arvadı, “Pəncərədə işıq” (film-tamaşa) Bardakı qadın, “Spasibo” (1998) Yengə, “Tam məxfi” (2004) Səbinənin anası, “Yanmış körpülər” (2007) Qreta, “Yük” (1995) Qulluqçu Kübra, “Yurd yeri” (1997) Hüsniyyə və s. filmlərdə yaddaqalan obrazlar yaratmışdır. N. Orucova 2012 –ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 2013- cü ildən Pezident mükafatçısıdır. Subaydır, 1 övladı var.1 avqust 2012 ci ildə Azərbaycanın Respublikasının əməkdar artisti adına, 6 may 2015 – ci ildə, 6 may 2016 – cı ildə, 1 may 2017- ci ildə,9 may 2018- ci ildə,7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülüb.

Hazırladı: Ənvər Məmmədov