Yeni WordPress Saytı

Nazirlik “Zəfər simvolu”nu mükafatlandırdı

 

İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənpərvərlik üzrə ədəbiyyat müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Naziri cənab Anar Kərimov və digər əməkdaşlar, münsiflər heyəti, qaliblər və media nümayəndələri iştirak ediblər. Şair-publisist Yusif Nazim Ərəbsoy poeziya janrı üzrə “Zəfər simvolu” adlı şeirilə I yerə layiq görülüb. Ona mükafatı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid təqdim edib. Tədbirdə çıxış edən Yusif Nazim Ərəbsoy Azərbaycan bayrağının zəfər simvolu olmasına inamını ifadə edib. Müsabiqədə qalib olan şeiri sizə təqdim edirik:

ZƏFƏR SİMVOLU

Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!

Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şeirimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.

Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sacıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan,
Balaca otağımda böyük cahan da sənsən!